İsra Surəsi 61. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa (ha­)(mısı) səcdə etdi. O dedi: “Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəm?!”
Bünyadov-Məmmədəliyev:
Yenə yadına sal ki, bir zaman mələklərə: “Adəmə səcdə edin!” deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis: ) “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!” demişdi.
Elmir Quliyev :
Вот Мы сказали ангелам: "Падите ниц перед Адамом!" Они пали ниц, и только Иблис сказал: "Неужели я паду ниц перед тем, кого Ты создал из глины?"
Ələddin Sultanov:
Bir vaxtlar mələklərə: “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa (onların hamısı) dərhal səcdə etdilər. İblis isə: “Palçıqdan yaratdığın birinəmi səcdə edəcəyəm?” dedi.
Kerbelayi Malik ağa:
Mələklərə: ‘Adəmə (ə.s) səcdə edin!’ dediyimiz zaman iblis istisna olmaqla, dərhal səcdə etdilər. (İblis): ‘Mən sənin palçıqdan yaratdığın kimsəyəmi səcdə edim?’ dedi.
Ələsgər Musayev:
Onda dedik mələklərə: «Səcdə edin Adam üçün!» Səcdə etdilər, Iblisdən başqa. Dedi: «Ə, mən o kəs üçün səcdə edəcəyəm ki, onu gildən xəlq etmisən?»
A.Mehdiyev və D.Cəfərli:
(yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi.
Kövsər Tağıyev:
Bir vaxt mələklərə: “Adəm üçün ehtiramla əyilin”, demişdik, onlar da ehtiramla əyilmişdilər. Yalnız İblis əyilməmiş: “Heç mən sənin palçıq halında yaratdığın kimsə üçün baş əyərəmmi?” demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz mələklərə dedik: “Adəmə səcdə edin!" Onlar da səcdə etdilər, bir iblisdən başqa. O dedi: "Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəm?"
Sabirə Dünyamalıyeva:
bir vaxt Biz təbiət güclərinə:[#190] "Adəmə; elm verilmiş insana boyun əyib tabeçilik göstərin" demişdik, İblisdən; düşüncə bacarığından başqa hamısı boyun əyib tabeçilik göstərmişdilər. O, "Mən bir palçıq olaraq; maddə olaraq meydana gətirdiyin kimsəyə boyun əyib tabeçilikmi göstərəcəyəm?" demişdi.