Əlixan Musayev:
Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay yaradan (Allah) nə qədər xeyirxahdır.
Bünyadov-Məmmədəliyev:
Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər (uca, nə qədər) uludur!
Elmir Quliyev
:
Благословен Тот, Кто установил на небе созвездия Зодиака и установил на нем светильник и освещающую луну.
Ələddin Sultanov:
Göydə bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay xəlq edən Allah çox ucadır!
Kerbelayi Malik ağa:
Göydə bürclər yaradan O (Allah) mübarəkdir (şanı ucadır). Orada ayı aydınlandırıcı bir qəndil (çıraq) etdi.
Ələsgər Musayev:
Pakdır, böyük və şanı ucadır – Odur ki, etdi səmada bürclər və etdi onda işıqlı çıraq və nurlu qəmər.
A.Mehdiyev və D.Cəfərli:
Göydə (ulduzlardan) bürclər vücuda gətirən və onda çıraq (günəş) və parlaq ay yaradan (Allah) uca, əbədi və bərəkətlidir.
Kövsər Tağıyev:
Göyə bürclər yerləşdirən, orada bir işıq mənbəyi (günəş) və nur saçan bir ay yaradanın şanı çox ucadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Səmada bürclər quran və orada bir çıraq [Günəş] və parlaq bir ay düzəldən nə qədər ucadır!
Sabirə Dünyamalıyeva:
Göydə bürclər yaradan, onların içində bir qəndil və işıq saçan bir ay əmələ gətirən Zat necə də comərddir!