Əlixan Musayev:
Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü (Cəhənnəmə) gətiriləcək kimsə ilə eyni ola bilərmi?
Bünyadov-Məmmədəliyev:
Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, (əvvəlcə) fani dünya malı bəxş etdiyimiz, sonra da qiyamət günü (cəhənnəm oduna) gətiriləcək kimsə ilə eyni ola bilərmi?!
Elmir Quliyev
:
Неужели тот, кому Мы дали прекрасное обещание, с которым он непременно встретится, равен тому, кого Мы наделили преходящими благами мирской жизни и кто в День воскресения предстанет в числе обитателей Ада?
Ələddin Sultanov:
Elə isə, gözəl bir vəd verdiyimiz və ona qovuşan kəs, dünya həyatının nemətini verdiyimiz, sonra da qiyamət günü (əzab üçün hüzurumuza) gətirilən kəs kimi olarmı?
Kerbelayi Malik ağa:
Elə isə gözəl vədə verdiyimiz və beləcə ona qovuşan kimsə dünya həyatının malı ilə faydalandırdığımız sonra da qiyamət günü haqq-hesaba çəkilmək üzrə gətirilən kimsə ilə eynidirmi?
Ələsgər Musayev:
?, o k?s ki, Biz v?d vermisik ona yaxs? v?d olaraq v? o, gorus?c?kdir onunla – o k?s kimidirmi, m?tah vermisik ona dunya h?yat?n?n m?tah? olaraq, sonra o qiyam?t gunu haz?r olanlardan olacaq?
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (axirət səadəti barədə) mütləq qovuşacağı gözəl bir vəd verdiyimiz kimsə dünya malını verdiyimiz sonra da Qiyamət günü (hesab və əzab üçün) gətiriləcək kəslə eyni ola bilərmi?!
Kövsər Tağıyev:
Gözəl bir vəd verdiyimiz və o vəd olunan şeyə qovuşacaq kimsə dünya həyatının müvəqqəti mənfəətini nəsib etdiyimiz sonra isə qiyamət günü (haqq-hesaba çəkilmək üçün) hüzura gətiriləcək kimsə ilə eyni ola olarmı?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər verdiyimiz gözəl vədə [cənnətə] qovuşacaq kəslə bu dünya həyatının ötəri malı ilə faydalandırdığımız, sonra isə qiyamət günü (haqq-hesab üçün) hüzura gətiriləcək kəs birdir?
Sabirə Dünyamalıyeva:
Belə isə, Bizim gözəl bir vəd verdiyimiz və o vədə qovuşan kimsə, bəsit dünya həyatının qazancını əldə edən və sonra qiyamət günündə hüzurumuza gətirilən/hüzurumuzda farağat saxlanan kimsə ilə eyni ola bilərmi?