Əlixan Musayev:
Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də (haqdan) döndərilirlər!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?
Elmir Quliyev
:
Если ты спросишь их: "Кто создал небеса и землю и подчинил солнце и луну?" — они непременно скажут: "Аллах". До чего же они отвращены от истины!
Ələddin Sultanov:
Əgər onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?” - deyə soruşsan, onlar: “Allah!” - deyərlər. Bəs onlar necə olub (haqdan) döndərilirlər?!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, əgər sən onlara ‘Göyləri və yerləri kim yaratdı və Günəş və Ayı kim əmrə tabe etdi?’ deyə soruşsan mütləq ‘Allah’ deyərlər. O halda necə (haqqdan batilə) döndərilirlər?
Ələsgər Musayev:
Əgər onlardan sual etsən: «Kim xəlq edib səmaları və ərzi və ram edib şəmsi və qəməri?» - deyərlər: «Allah!» Bəs onda niyə üz döndərirlər?
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) əgər onlardan (Məkkə müşriklərindən) soruşsan ki; «Göyləri və yeri kim yaratmış və günəşi, ayı kim ram etmişdir?» Mütləq deyəcəklər: «Allah» (Çünki, onlar bütləri xaliq və aləmlərin idarə edəni deyil, yalnız Rəbbin dərgahında, onun nəzəri altında olan şəfaət edən, dərgaha yaxın olan tanrılar bilirdilər). Bəs belə isə (Haqdan) necə və haraya döndərilirlər?
Kövsər Tağıyev:
And olsun, əgər onlardan: “Göyləri və yeri kim yaratdı, günəşi və ayı sizin xidmətinizə kim verdi?” – deyə soruşsan, onlar mütləq: “Allah”, – deyəcəklər. Elə isə onlar necə (haqdan) döndərilirlər?
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sən onlardan soruşsan ki: "Göyləri və yeri kim yaradıb, günəşi və ayı kim tabe edib?,” onlar əlbəttə ki: “Allah!" -deyərlər. Belə isə onlar necə olur ki, aldadılırlar?
Sabirə Dünyamalıyeva:
Yenə and olsun ki, onlardan soruşsan: "Göyləri və yeri kim əmələ gətirdi, günəşi və ayı kim ram etdi/qulların istifadəsinə əlverişli quruluş və xüsusiyyətdə kim yaratdı?" Şübhəsiz: "Allah" deyəcəklər. O halda, necə döndərilirlər?