Saffat Surəsi 61. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qoy çalışanlar bunun üçün çalışsınlar!
Bünyadov-Məmmədəliyev:
Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar!
Elmir Quliyev :
Ради такого пусть трудятся труженики!
Ələddin Sultanov:
(Dünyada) çalışanlar bunun kimisi üçün çalışsınlar!
Kerbelayi Malik ağa:
Artıq əməl edənlər bunun (fevzül əzim hədəfinə çatmaq) üçün çalışsınlar.
Ələsgər Musayev:
Qoy bunun misli üçün fəaliyyət edənlər fəaliyyət etsinlər.
A.Mehdiyev və D.Cəfərli:
Çalışanlar bunun (bu cür nemətlər) üçün çalışmalıdır.
Kövsər Tağıyev:
Çalışanlar beləsi üçün çalışsınlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy zəhmət çəkənlər bunun [bu uğur] üçün zəhmət çəksinlər.
Sabirə Dünyamalıyeva:
Artıq səy göstərənlər yalnız böyük qurtuluş kimi bir qurtuluş üçün səy göstərsinlər.