Əlixan Musayev:
Onlar sizin yanınıza gəldikdə: “Biz iman gətirdik!”– deyirlər. Halbuki onlar (sizin yanınıza) küfrlə gəlmiş və onunla da getmişlər. Allah onların gizlətdiklərini daha yaxşı bilir.
Bünyadov-Məmmədəliyev:
(Münafiqlər) sizin yanınıza gəldikləri zaman: “Biz iman gətirdik!” - deyirlər. Halbuki onlar (sizin hüzurunuza ürəklərində gizlətdikləri) küfrlə daxil olmuş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini (özlərindən) daha yaxşı bilir!
Elmir Quliyev
:
Придя к вам, они сказали: "Мы уверовали". Однако они вошли с неверием и вышли с ним. Аллаху лучше знать, что они утаивали.
Ələddin Sultanov:
Sizin yanınıza küfrlə gəlib küfrlə çıxdıqları halda: “İman gətirdik!” - deyirlər. Allah onların (qəlblərində) gizlətdiklərini daha yaxşı bilir.
Kerbelayi Malik ağa:
(Onlar) sizin yanınıza gəldikləri zaman: ‘İman etdik.’ dedilər. Halbuki onlar küfrlə daxil olmuş, küfrlə də çıxmışlar. Allah onların gizlətdiklərini çox yaxşı bilir.
Ələsgər Musayev:
Onda ki, gəlirlər sizin yanınıza, deyirlər: «Biz
inandıq!» Ancaq, küfrlə daxil olub və onunla da xaric olurlar.
Allah bilir nə ilə ki, oldular gizlədənlər.
A.Mehdiyev və D.Cəfərli:
Onlar sizin yanınıza gələndə «iman gətirdik» deyərlər, halbuki, şübhəsiz (sizin hüzurunuza) küfr əqidəsi ilə gəlib və (elə) həmin əqidə ilə də xaric olublar! Allah onların həmişə gizlətdiklərini daha yaxşı bilir.
Kövsər Tağıyev:
(Yanınıza) küfrlə daxil olub yenə (yanınızdan) küfrlə çıxdıqları halda sizə gəldikləri zaman: “İnandıq”, – dedilər. Allah onların gizli saxladıqları şeyi daha yaxşı bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar sizin yanınıza gəldikdə: “Biz iman gətirdik!" - deyərlər, halbuki onlar (yanınıza) küfrlə daxil olub mütləq onunla da çıxarlar. Həqiqətən, Allah onların nəyi gizlətdiklərini daha yaxşı bilir.
Sabirə Dünyamalıyeva:
Onlar, sizin yanınıza gəldikləri zaman: "İman etdik" dedilər. Halbuki küfr [Allahın məbud və rəbb olduğunu bilərək redd etmə] ilə daxil oldular və onlar həqiqətən küfrlə çıxdılar. Və Allah, onların gizlədiklərini ən yaxşı biləndir.