Əlixan Musayev:
Onlar (dənizlərin qovuşduğu yerdən) çıxıb getdikdə (Musa) öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”– dedi.
Bünyadov-Məmmədəliyev:
Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna dedi: “Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!”
Elmir Quliyev
:
Когда они прошли дальше, он сказал своему слуге: "Подавай наш обед, ведь мы утомились в пути".
Ələddin Sultanov:
(Oradan) keçib getdikləri zaman Musa gəncə dedi: “Günorta yeməyimizi gətir! Bu səfərimiz bizi yaman yordu”.
Kerbelayi Malik ağa:
(Görüş yerini) keçdikdən sonra (Musa ə.s) gənc yoldaşına (belə) dedi: ‘Səhər yeməyimizi gətir. And olsun ki, bu səfərimiz səbəbiylə yorğunluğa məruz qaldıq.’
Ələsgər Musayev:
Amma elə ki, o yerdən keçdilər, cavan yoldaşına dedi:
«Yeməyimizi gətir. Bu səfərimizdən bizə çoxlu zəhmət nəsib
oldu».
A.Mehdiyev və D.Cəfərli:
Elə ki, (o yerdən) keçdilər (Musa) öz şagirdinə dedi: «Səhər yeməyimizi gətir, həqiqətən bu səfərimizdə çox əziyyət(lər) gördük».
Kövsər Tağıyev:
Oradan uzaqlaşdıqları zaman Musa yanındakı gəncə: “Nahar yeməyimizi gətir. Bu səfərimiz səbəbi ilə çox yorğun düşdük”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar (qovşaqdan) keçdikdə Musa gənc dostuna dedi: "Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük."
Sabirə Dünyamalıyeva:
Bu şəkildə keçdikləri zaman Musa [yanındakı] gənc oğlana: "Gətir nahar yeməyimizi, həqiqətən biz bu səfərdə yorulduq" dedi.