Furqan Surəsi 62. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yada salmaq şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur.
Bünyadov-Məmmədəliyev:
(Allahın qüdrətini həmişə) yada salmaq (nemətlərinə) şükür etmək istəyənlər üçün gecəni gündüzü bir-birinin ardınca gətirən Odur!
Elmir Quliyev :
Он Тот, Кто чередует ночь и день для тех, кто желает помнить и благодарить.
Ələddin Sultanov:
Düşünüb ibrət almaq ya şükür etmək istəyənlər üçün gecəni gündüzü bir-birinin ardınca gətirən Odur.
Kerbelayi Malik ağa:
Təzəkkür etmək ya şükür etmək istəyənlər üçün gecə gündüzü təqib etdirən Odur.
Ələsgər Musayev:
O Odur ki, etdi gecə gündüzü bir-birinin ardınca o kəs üçün ki, istəyir yad etsin, ya istəyir şükr etsin.
A.Mehdiyev və D.Cəfərli:
(Allahı Onun əzəmət cəlalını) yada salan ya (Onun nemətlərinə) şükr etmək istəyən şəxs üçün gecə gündüzü bir-birinin əvəzləyicisi edən Odur. (Belə edib ki, yada salmaq şükr etmək birində yaddan çıxsa, onun əvəzi digərində çıxılsın.)
Kövsər Tağıyev:
O, öyüd götürmək istəyən çox şükür edən bir kimsə olmaq istəyənlər üçün gecəni gündüzü ard-arda gətirəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
(Həmişə Allahı) yad etmək istəyənlər ya (nemətlərinə) şükr etmək istəyənlər üçün gecəni gündüzü bir-birinin ardınca gətirən Odur.
Sabirə Dünyamalıyeva:
öyüd almaq ya verilən nemətlərin əvəzini ödəmək istəyən kimsələr üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur.