Ənkəbut Surəsi 62. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah Öz qullarından istədiyinin ruzisini bol edər, (istədiyininkini )azaldar. Şübhəsiz ki, Allah hər şeyi bilir.
Bünyadov-Məmmədəliyev:
Allah Öz bəndələrindən istədiyinin ruzisini artırar da, azaldar da. Allah hər şeyi (yerli-yerində) biləndir!
Elmir Quliyev :
Аллах увеличивает или ограничивает удел тому из Своих рабов, кому пожелает. Воистину, Аллах знает о всякой вещи.
Ələddin Sultanov:
Allah Öz qullarından istədiyi kimsənin ruzisini artırar, istədiyininkini azaldar. Şübhəsiz ki, Allah hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Allah qullarından dilədiyinin ruzisini artırar ona ölçü ilə verər (azaldar). Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.
Ələsgər Musayev:
Allah artırır ruzisini Öz bəndələrindən istədiyi kəs üçün qədərində edir onun üçün. Həqiqətən, Allah küllisi ilə şeyin Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar da, azaldar da. Həqiqətən, Allah hər şeyi biləndir.
Kövsər Tağıyev:
Allah qullarından istədiyinin ruzisini artırar (istədiyinin ruzisini də) azaldar. Şübhəsiz, Allah hər şeyi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah Öz bəndələrindən istədiyi kəsə bol ruzi verir, istədiyi kəsə az müəyyən edir. Həqiqətən, Allah hər şeyi bilir.
Sabirə Dünyamalıyeva:
Allah, qullarından istədiyinin ruzisini artırar [yaxud] onun üçün nizamlayar. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.