Ali-İmran Surəsi 62. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, bu, gerçək bir hekayətdir. Allahdan başqa ilah yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!
Elmir Quliyev :
Воистину, это правдивый рассказ. Нет иного божества, кроме Аллаха, и, воистину, Аллах Могущественный, Мудрый.
Ələddin Sultanov:
Həqiqətən, bu (İsa peyğəmbər haqqında söylədiklərimiz), əsil doğru xəbərdir. Allahdan başqa heç bir ilah yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, bu (Hz. İsa haqqında anladılan) həqiqətən doğru xəbərdir. Allahdan başqa bir ilah yoxdur. Şübhəsiz ki, Allah həqiqətən Əzizdir, Hakimdir (hökm hikmət sahibidir).
Ələsgər Musayev:
Həqiqətən, bu hekayətlər haqdır. yoxdur ilahidən, ancaq Allahdır həqiqətən, Allah - O Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Subh?siz, (H?zr?t M?sihin) haqq olan hekay?t(i) budur. Allahdan basqa bir m?bud yoxdur v? ?lb?tt? ki, Allahd?r yenilm?z qudr?t v? hikm?t sahibi!
Kövsər Tağıyev:
Şübhəsiz ki, bu, (İsa haqqındakı) gerçək qissədir. Allahdan başqa heç bir ilah yoxdur. Şübhəsiz, Allah mütləq güc sahibidir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Doğrudan da haqq olan xəbər budur; Allahdan başqa tanrı yoxdur! Həqiqətən, Allah qüdrət hikmət sahibidir!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, bu, tamamilə haqq olan qissədir. Allahdan başqa heç bir tanrı yoxdur. şübhəsiz ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.