Mömin Surəsi 62. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Budur sizin Rəbbiniz, hər şeyin Xaliqi olan Allah! Ondan başqa məbud yoxdur! Siz necə (haqqa qarşı )dönük çıxırsınız!
Bünyadov-Məmmədəliyev:
Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxdur! Siz necə (aldanılıb haqdan) döndərilirsiniz? (Ondan necə dönürsünüz?)
Elmir Quliyev :
Таков Аллах ваш Господь, Творец всякой вещи. Нет божества, кроме Него. До чего же вы отвращены от истины!
Ələddin Sultanov:
Bu, hər şeyin xaliqi olan Rəbbiniz Allahdır. Ondan başqa heç bir ilah yoxdur! Bəs necə olur ki, haqq yoldan döndərilirsiniz?!
Kerbelayi Malik ağa:
O Allah ki, sizin Rəbbinizdir. Hər şeyi Yaradandır. Ondan başqa İlah yoxdur. Elə isə necə döndərilirsiniz?
Ələsgər Musayev:
Bu sizə Allahdır Rəbbinizdir, Xaliqidir küllü şeyin. Yoxdur Ilahi, ancaq Odur! qədər fırlanan olursunuz!
A.Mehdiyev və D.Cəfərli:
Sizin Rəbbiniz hər şeyin yaradanı olan, Ondan başqa bir məbud olmayan bu Allahdır. Belə isə (Ondan) hara necə döndərilirsiniz?!
Kövsər Tağıyev:
Bax budur hər şeyin yaradanı olan Rəbbiniz Allah! Ondan başqa heç bir ilah yoxdur. Bu halda necə olur ki, (haqdan) döndərilirsiniz?
M.Qənioğlu və T.Bilaloğlu:
Hər şeyin xaliqi olan Rəbbiniz - Allah bax budur! Ondan başqa tanrı yoxdur. Belə isə sız necə olur ki, (Ondan) döndərilirsiniz!
Sabirə Dünyamalıyeva:
Hər şeyi əmələ gətirən Rəbbiniz Allah budur. Ondan başqa məbud deyə bir şey yoxdur. O halda, necə olur ki, döndərilirsiniz!