Əlixan Musayev:
Mən Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan (nazil olanlar sayəsində) sizin bilmədiklərinizi bilirəm.
Bünyadov-Məmmədəliyev:
Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!
Elmir Quliyev
:
Я сообщаю вам послания моего Господа и даю вам искренние советы. Я знаю от Аллаха то, чего вы не знаете.
Ələddin Sultanov:
Mən sizə Rəbbimin vəhylərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm.
Kerbelayi Malik ağa:
Sizə Rəbbimin risalələrini (göndərdiklərini) təbliğ edirəm. Sizə öyüd-nəsihət verirəm. Sizin bilmədiyiniz şeyləri mən Allahdan öyrənirəm.
Ələsgər Musayev:
Mən Rəbbimin risalətini sizin üçün təbliğ edirəm və sizə nəsihət edirəm və Allahdan o şeyləri bilirəm ki, siz bilmirsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Rəbbimin tapşırıqlarını sizə çatdırır, sizin xeyrinizi istəyir və Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm.
Kövsər Tağıyev:
“Mən sizə Rəbbimin vəhy etdiklərini təbliğ edirəm və sizə nəsihət edirəm. Sizin bilmədiyiniz şeyləri də Allah tərəfindən gələn vəhy ilə bilirəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbimin risalələrini [göndərişlərini] sizə yetirir və sizə nəsihət verirəm. Axı mən sizin bilmədiklərinizi Allahdan öyrənib bilirəm.
Sabirə Dünyamalıyeva:
Sizə Rəbbimin göndərdiyi həqiqətləri təbliğ edirəm, sizə öyüd verirəm və Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm