Əlixan Musayev:
Sizi razı salmaq üçün yanınızda Allaha and içirlər. Əgər mömindirlərsə, (bilsinlər ki,) Allahı və Onun Elçisini razı salmaları daha yaxşıdır.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Onlar sizin razılığınızı qazanmaq üçün (münafiq olmadıqları barədə) Allaha and içirlər. Əgər onlar mömindirlərsə, (bilsinlər ki) Allahın və Onun Peyğəmbərinin razılığını qazanmaq daha vacibdir!
Elmir Quliyev
:
Они клянутся Аллахом, чтобы угодить вам. Но для них было бы лучше, если только они являются верующими, угождать Аллаху и Его Посланнику.
Ələddin Sultanov:
Onlar sizi razı salmaq üçün Allaha and içərlər. Əgər onlar mömindirlərsə, Allah və Onun Peyğəmbərini razı salmaları daha doğrudur.
Kerbelayi Malik ağa:
Sizi razı etmək üçün Allaha yəmin edərlər. Əgər mömin olsaydılar, razı etmək üçün Allah və Rəsulu daha çox haqq sahibidir.
Ələsgər Musayev:
Sizi razı etmək üçün qarşınızda Allah ilə and içirlər.
Allah və Onun rəsulunun çox haqları var ki, onları razı edələr,
əgər inanan olsaydılar!
A.Mehdiyev və D.Cəfərli:
Onlar sizi razı salmaq üçün sizə (öz xoşagəlməz işləri barədə) Allaha and içirlər, halbuki əgər mömin olsaydılar Allahı və Onun Peyğəmbərini razı salmaları daha yaxşı olardı.
Kövsər Tağıyev:
Sizi razı salmaq üçün Allaha and içərlər. Əgər həqiqətən, mömindirlərsə, (bilsinlər ki,) Allah və Rəsulunu razı salmaları daha vacibdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar sizi razı salmaq üçün qarşınızda Allaha and içirlər. Əgər mömindirlərsə, Allahın və Onun peyğəmbərinin razılığını qazanmağa cəhd etmələri daha doğrudur.
Sabirə Dünyamalıyeva:
Sizi razı salmaq üçün, sizin üçün Allaha and içərlər. Onlar əgər mömindirlərsə, Allahı və Elçisini razı salmaları daha doğrudur.