Nəhl Surəsi 63. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allaha and olsun ki, səndən əvvəl ümmətlərə elçilər göndərmişdik. Şeytan isə onların əməllərini özlərinə gözəl­ göstərmişdi. (Şeytan), bu gün onların dostudur. Onlar üçün üzücü bir əzab vardır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Allaha and olsun ki, səndən əvvəl ümmətlərə peyğəmbərlər göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu gün Şeytan onların dostudur (havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar olacaqlar!
Elmir Quliyev :
Клянусь Аллахом, Мы до тебя направляли посланников к народам, но дьявол приукрасил для них их деяния. Сегодня он является их покровителем и помощником, и им уготованы мучительные страдания.
Ələddin Sultanov:
Allaha and olsun ki, səndən əvvəlki ümmətlərə peyğəmbərlər göndərdik. Ancaq şeytan onlara (o ümmətlərə) öz əməllərini gözəl göstərdi. Ona görə şeytan bu gün onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Allaha and olsun ki, səndən əvvəlki ümmətlərə rəsullar göndərmişdik. Lakin şeytan onlara əməllərini gözəl göstərdi. Artıq o gün onların dostu o (şeytan) olacaq. Onlar üçün əlim əzab vardır.
Ələsgər Musayev:
And olsun Allaha ki, Biz səndən qabaq ümmətlərə göndərdik. Şeytan onların əməllərini zinətli etdi. O, bu gün onların dostudur onlar üçün ələmli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Allaha and olsun ki, (yəhudilər, xaçpərəstlər başqaları kimi) səndən qabaqkı ümmətlərə (də peyğəmbərlər) göndərmişdik. Şeytan onların (puç batil) işlərini onlar üçün zinətləndirdi o, bu gün onların (və digər kafirlərin müşriklərin) yardımçı başçısıdır. Onlar üçün ağrılı bir əzab vardır.
Kövsər Tağıyev:
Allaha and olsun ki, səndən əvvəlki ümmətlərə peyğəmbərlər göndərdik. Lakin şeytan onlara əməllərini gözəl göstərdi. O, bu gün onların dostudur onlar üçün ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha and olsun ki, Biz səndən əvvəl millətlərə (peyğəmbərlər) göndərmişdik. Şeytan isə onların [kafirlərin] əməllərini onlar üçün bəzədi (yaxşı əməl kimi göstərdi]. Şeytan bu gün onların dostudur. Onlar üçün üzücü əzab vardır.
Sabirə Dünyamalıyeva:
Allaha and olsun ki, Biz həqiqətən səndən əvvəl bəzi ümmətlərə elçilər göndərdik, ancaq şeytan onlara əməllərini bəzəyib gözəl göstərdi. Bax o şeytan, bu gün onların himayəçi, yol göstərən yaxınıdır. onlar üçün şiddətli bir əzab vardır.