Əlixan Musayev:
Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq (və buyurduq): “Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə (Allahdan) qorxasınız!”
Bünyadov-Məmmədəliyev:
(Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə qaldırdığımızı xatırlayın! (Biz: ) “Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz” - (deyə əmr etmişdik).
Elmir Quliyev
:
Вот Мы взяли с вас обещание и воздвигли над вами гору: "Крепко придерживайтесь того, что Мы даровали вам, и поминайте то, что содержится там, — быть может, вы устрашитесь".
Ələddin Sultanov:
Vaxtilə sizdən əhd almışdıq və dağı sizin üzərinizə qaldırıb: “Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun və içindəkiləri unutmayın ki, bəlkə (günahlardan) qorunasınız”, - demişdik.
Kerbelayi Malik ağa:
Sizin misaqınızı (yəminlərinizi) aldığımız zaman Tur Dağını üstünüzə qaldırmışdıq. Sizə verdiyimiz şeylərə möhkəm sarılın və onun içindəki şeyləri zikr edin (xatırlayın), ümid edilər ki, beləcə siz təqva sahibi olarsınız.
Ələsgər Musayev:
Onda götürdük Biz
andınızı və rəfləndirdik fövqünüzdə dağı: «Götürün nə ki, əta
etdik sizə qüvvətlə və zikr edin nə ki, ondadır, ola ki, siz
müttəqi olasınız!»
A.Mehdiyev və D.Cəfərli:
Və (yadınıza salın) o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərinə ucaltdıq (və dedik): «(Tövratın ayələrindən) sizə verdiklərimizi əzmlə, möhkəm iradə ilə qəbul edin və orada olanları (əməl etmək üçün) xatırlayın, bəlkə təqvalı olasınız».
Kövsər Tağıyev:
Bir vaxt (Tövrata əməl edəcəyinizə dair) sizdən bir söz almış, Tur dağını başınızın üstünə qaldırmış və: “Qorxub-çəkinəsiniz deyə sizə verdiyimiz Kitabı möhkəm tutun, onun içindəkiləri düşünün (qafil olmayın)!” – demişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz o zaman sizdən əhd-peyman alaraq Tur dağını başınız üzərinə qaldırmışdıq. "Sizə göndərdiyimizdən (Tövratdan) möhkəm yapışın, içindəkilərini unutmayın ki, bəlkə özünüzü qoruya biləsiniz." (demişdik)
Sabirə Dünyamalıyeva:
Bir zamanlar Biz, sizdən, "Allahın mühafizəsi altına daxil olmaq üçün verdiyimizdən möhkəm yapışın və içindəkiləri yadınızdan çıxarmayın!" deyə möhkəm bir əhd almışdıq və sizin başçınızı; seçilmiş adamınız Musanı Tura/dağa ucaltmışdıq/çıxarmışdıq.[#332]