Əlixan Musayev:
Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır.
Bünyadov-Məmmədəliyev:
Yaxud qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhməti (yağışı) önündə bir müjdəçi olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!
Elmir Quliyev
:
Кто ведет вас прямым путем во мраках суши и моря и посылает ветры с доброй вестью о Своей милости? Есть ли бог, кроме Аллаха? Аллах превыше тех, кого приобщают в сотоварищи!
Ələddin Sultanov:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən və küləkləri Öz mərhəmətinin (yağışın) önündə müjdəçi kimi göndərən?! Allahla yanaşı başqa bir ilah varmı?! Allah onların qoşduğu şəriklərdən çox ucadır!
Kerbelayi Malik ağa:
Yoxsa sizi dənizin və qurunun qaranlığından hidayətə ərdirənmi? Rəhmətinin önündə müjdələyici olaraq küləklər göndərənmi? Allah ilə bərabər bir (başqa) ilahmı? Uca Allah onların şirk qoşduğu şeylərdən ucadır.
Ələsgər Musayev:
Yoxsa kim ki, hidayət edir sizi qurunun və dəryanın zülmətində və kim ki, göndərir küləyi Öz rəhməti önündə bəşarət olaraq? Ə, Allahla yanaşı Ilahimi var? Alidir Allah nədən ki, şərik qoşurlar!
A.Mehdiyev və D.Cəfərli:
(O şəriklərmi yaxşıdır,) yoxsa qurunun və dəryanın zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhmətindən (yağışdan) öncə bir müjdəçi olaraq göndərən? Məgər bir olan Allahla yanaşı başqa bir tanrı da var? Allah (Ona) şərik qoşduqlarından çox-çox ucadır.
Kövsər Tağıyev:
Yaxud qurunun və dənizin qaranlıqlarında sizə yolunuzu göstərən və rəhmətinin önündə küləkləri müjdəçi olaraq göndərən? Allah ilə yanaşı başqa ilahmı var? Allah onların şərik qoşduqlarından ucadır.
M.Qənioğlu və T.Bilaloğlu:
(Onlar yaxşıdır), yoxsa qurunun və dənizin zülmətlərində sizi düz yolla aparan və küləkləri Öz mərhəmətindən [yağışdan] əvvəl bir müjdəçi kimi göndərən (Allah)? Məgər Allahla yanaşı başqa bir tanrı da var? Allah onların Ona qoşduqları şəriklərdən çox yüksəkdir.
Sabirə Dünyamalıyeva:
Onların şərik qoşduğu şeylərmi xeyirlidir, yoxsa qurunun və dənizin zülməti içində sizə yol göstərən, rəhmətindən əvvəl küləkləri müjdəçi kimi göndərənmi? Allahla yanaşı başqa bir məbudmu var? Allah, onların qoşduqları şəriklədən çox ucadır.