Qəsəs Surəsi 63. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Barələrində Sözün gerçəkləşəcəyi kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz (onlardan) uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər”.
Bünyadov-Məmmədəliyev:
Haqlarında hökm (vəd etdiyimiz əzab) vacib olanlar (şeytanlar müşriklərin rəisləri) deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim (haqq yoldan) azdırdığımız kimsələrdir. Özümüz cür azmışdıqsa, onları da elə azdırdıq. Biz onlardan uzaqlaşıb (onlarla əlaqəmizi kəsib) Sənə tərəf gəldik. Əslində onlar bizə ibadət etmirdilər (yalnız öz nəfslərinə uyurdular).
Elmir Quliyev :
Тогда те, относительно которых подтвердилось Слово, скажут: "Господь наш! Вот те, которых мы ввели в заблуждение. Мы ввели их в заблуждение, потому что сами были заблудшими. Мы отрекаемся от них перед Тобой. Не нам они поклонялись".
Ələddin Sultanov:
Haqlarında söz (əzab) vacib olan kimsələr belə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim haqq yoldan azdırdığımız kimsələrdir. Özümüz haqq yoldan azdığımız kimi onları da azdırdıq. Onlardan uzaqlaşıb Sənə yönəldik. Onlar bizə ibadət etmirdilər (öz nəfslərinin arzularına uyurdular).
Kerbelayi Malik ağa:
Üzərlərinə əzab sözü haqq olanlar: ‘Rəbbimiz, azdırdıqlarımız bunlardır. Özümüz azdığımız kimi onları da azdırdıq. Onlardan uzaq olduğumuzu Sənə ərz edirik. Onlar bizə tapınmırdılar (nəfslərinə uyurdular).’ dedilər.
Ələsgər Musayev:
O k?sl?r ki, soz haqq oldu uz?rl?rind? onlar?n, dedil?r: «R?bbimiz, bunlar o k?sl?rdir ki, bizi agvay etdil?r. Biz d? onlar? agvay etdik, n? q?d?r, bizi agvay etmisdil?r. Biz S?n? t?r?f uz ceviririk: onlar t?k biz? ibad?t etmirdil?r».
A.Mehdiyev və D.Cəfərli:
Haqlarında əzab vədi həyata keçən kəslər (adamları dünyada öz ibadət itaətlərinə çağıranlar) deyərlər: «Ey Rəbbimiz, bizim azdırdıqlarımız (bizə sitayiş edənlər) bunlardır. Biz cür (öz ixtiyarımızla) azmışıqsa, onları da (öz ixtiyarları ilə) elə azdırdıq. İndi isə onlardan uzaqlaşıb Sənə tərəf gəldik. (Əslində) onlar bizə ibadət etmirdilər, (məcburi surətdə ibadət etmirdilər, yaxud şeytanlara ya öz «əmmarə» nəfslərinə ibadət edirdilər).
Kövsər Tağıyev:
Barələrində əzab hökmü gerçəkləşənlər: “Ey Rəbbimiz! Bunlar bizim azdırdıqlarımızdır. Özümüz azdığımız kimi onları da azdırdıq. İndi isə onlardan uzaqlaşıb sənə döndük. Zatən (əslində) onlar bizə ibadət etmirdilər”, deyəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Barələrində söz haqq olan kəslər [şeytanlar, bütlər] deyəcəklər "Rəbbimiz, azdırdıqlarımız bunlardır. Özümüz azdığımız kimi biz onları da azdırdıq. Onlardan uzaqlaşıb Sənə üz tuturuq. Əslində onlar bizə ibadət etmirdilər."
Sabirə Dünyamalıyeva:
Haqlarında verilən vəd gerçəkləşən kəslər: "Ey Rəbbimiz! Bax bunlar bizim yoldan çıxardığımız kimsələrdir. Biz cür yoldan çıxmışdıqsa, bunları da eləcə biz yoldan çıxardıq. Biz, Sənə qarşı uzaqlaşdıq. Onlar yalnız bizlərə ibadət etmirdilər" deyəcəklər.