Ənkəbut Surəsi 63. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər sən onlardan: “Göydən yağış nazil edib onunla yeri quruduqdan sonra canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu (bunu) başa düşmür.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, əgər sən (Məkkə müşriklərindən): “Göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?” deyə soruşsan, onlar mütləq: “Allahdır!” deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti dərindən düşünməz! (Müşriklərin xeyirlərilə zərərlərini bir-birindən ayırmağa ağlı çatmır. Onlar cəhalətləri üzündən belə güman edirlər ki, bütlər onları haqq olan Allaha yaxınlaşdırır).
Elmir Quliyev :
Если ты спросишь их: "Кто ниспосылает с неба воду и оживляет ею землю после того, как она умерла?" они непременно скажут: "Аллах". Скажи: "Хвала Аллаху!" Но большинство их не разумеет.
Ələddin Sultanov:
Əgər onlardan: “Göydən su endirib onunla ölü torpağa can verən kimdir?” - deyə soruşsan, onlar mütləq: “Allah!” - deyərlər. De ki: “Həmd Allaha məxsusdur!” Ancaq onların çoxu düşünməz.
Kerbelayi Malik ağa:
Bu dünya həyatı oyun əyləncədən başqa bir şey deyil. Şübhəsiz ki, axirət yurdu əlbəttə gerçək həyatdır. Kaş ki bilsəydilər.
Ələsgər Musayev:
Əgər onlardan sual etsən: «Kim nazil etdi səmadan su həyat verdi onunla ərzə ölümündən sonra?» - deyərlər: «Allah!» De: «Həmd Allah üçündür!» Bəli, əksəriyyəti onların əql etməzlər!
A.Mehdiyev və D.Cəfərli:
əgər onlardan: «Göydən (yağış, qar dolu şəklində) su nazil edib, bunun vasitəsilə yeri ölümündən sonra (bitkilər, ağaclar bitirməklə) dirildən kimdir?» deyə soruşsan, mütləq deyəcəklər: «Allah». De: «Həmd yalnız Ona məxsusdur. Lakin onların çoxu (dərindən) düşünmür».
Kövsər Tağıyev:
And olsun, əgər onlardan: “Göydən yağmur endirib onunla yer üzünü ölümündən sonra dirildən kimdir?” deyə soruşsan, onlar mütləq: “Allah”, deyəcəklər. De ki: “Həmd Allaha məxsusdur”. Lakin onların çoxu düşünməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sən onlardan soruşsan ki: "Göydən su endirib onunla yerə ölümündən sonra həyat verən kimdir?", onlar əlbəttə ki: “Allah!” - deyərlər. De: “Allaha həmd olsun!' Amma onların çoxu ağıla gəlmir.
Sabirə Dünyamalıyeva:
and olsun, əgər onlardan soruşsan: "Kim göydən su endirdi onunla yer üzünü öldükdən sonra diriltdi?" Şübhəsiz: "Allah" deyəcəklər. De ki: "Bütün təriflər Allaha məxsusdur; başqasını tərifləmək olmaz." Əksinə, onların çoxu ağıllarını işlətmirlər.