Əlixan Musayev:
Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə.
Bünyadov-Məmmədəliyev:
Onlar elə şəxslərdir ki, Allah onların ürəklərindəkini (yaxşı) bilir. (Ya Rəsulum!) Sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de!
Elmir Quliyev
:
Аллах знает, что у них в сердцах. Посему отвернись от них, но увещевай их и говори им наедине (или говори им о них) убедительные слова.
Ələddin Sultanov:
Onlar o kəslərdir ki, Allah onların ürəklərindəkini bilir. Elə isə onlardan üz çevir və onlara öyüd-nəsihət verərək özləri haqqında təsirli söz söylə!
Kerbelayi Malik ağa:
Onlar o kəslərdir ki, Allah qəlblərində olanı bilir. Artıq onlardan üz çevir, onlara öyüd-nəsihət ver və onlara özləri haqqında bəlağətli (təsirli, gözəl) söz söylə.
Ələsgər Musayev:
Onlardır o kəslər ki, bilir Allah nə ki, qəlblərindədir. Üz çevir
onlardan və moizə et onlara və de onlar üçün öz nəfslərində söz
bəlağətli!
A.Mehdiyev və D.Cəfərli:
Allah onların qəlblərindəkini (ikiüzlülük və düşmənçiliyi) bilir. Buna görə də onlardan üz çevir (mübarizə və döyüş fikrində olma), onlara nəsihət ver və yetərli və canlarına təsir edən söz de.
Kövsər Tağıyev:
Onlar elə kəslərdir ki, Allah onların qəlblərindəkini bilir. Elə isə onlara baş qoşma. Onlara öyüd ver və onlara özləri haqqında təsirli və gözəl söz söylə.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar o kəslərdir ki, Allah onların ürəklərindəki şeylərdən xəbərdardır. Sən onlara bənd olma, öyüd ver və onların özləri haqqında ürəklərinə nüfuz edəcək sözlər de!
Sabirə Dünyamalıyeva:
Sonra, "Biz, yalnız yaxşılıq etmək və barışıq əldə etmək istədik" deyə Allaha and içərək sənə gəldilər. Bax onlar, Allahın, qəlblərində olanı bildiyi kəslərdir; artıq sən, onlardan uzaqlaş və onlara öyüd-nəsihət ver. Və onlara özləri barədə, [onlara] dərindən təsir edəcək gözəl söz söylə!