Maidə Surəsi 63. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
üçün din xadimləri baş keşişlər onlara günah sözləri haram yeməyi qadağan etmirlər? Onların törətdikləri necə pisdir!
Bünyadov-Məmmədəliyev:
Kaş onların (yəhudilərin) din alimləri fəqihləri onlara günah söyləməyi haram yeməyi qadağan edəydilər! Onların törətdiyi əməllər necə pisdir!
Elmir Quliyev :
Почему же раввины и первосвященники не удерживают их от греховных речей и пожирания запретного? Воистину, скверно то, что они творят.
Ələddin Sultanov:
Kaş özlərini dinə həsr edənlər din alimləri onlara günah sözlər söyləməyi haram yeməyi qadağan edəydilər. Onların etdiyi əməllər necə pisdir!
Kerbelayi Malik ağa:
Rəbbanilər Hahamlar onları günah olan sözlərindən haram yeməkdən qadağan etməli deyildirlərmi? Etdikləri şey pisdir.
Ələsgər Musayev:
Kaş ki, onların rəbbani rahibləri günah söz danışmaqdan haram yeməkdən qadağan edəydilər! Etdikləri əməllər necə çirkindir!
A.Mehdiyev və D.Cəfərli:
üçün (yəhudi xaçpərəstlərin) ilahi alimlər(i) dini bilik sahibləri onları günah danışıqdan haram yeməkdən çəkindirmirlər?! Onların həmişə etdikləri çox pisdir!
Kövsər Tağıyev:
Kaş ki, din adamları din alimləri bunları günah söz söyləməkdən haram yeməkdən çəkindirəydilər. Etdikləri şey pisdir!
M.Qənioğlu və T.Bilaloğlu:
Kaş (onların) din alimləri fəqihlər onlara günah danışmağı haram yeməyi qadağan edəydilər. Onların törətdikləri necə pisdir!
Sabirə Dünyamalıyeva:
Özlərini Allaha həsr etmiş şəxslər din alimləri, onları günah söyləməkdən haram yeməkdən çəkindirməli deyildilərmi? Törətdikləri əməllər necə pisdir!