Əlixan Musayev:
De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Gizlində (Allaha) dua edib:” Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?”
Elmir Quliyev
:
Скажи: "Кто спасает вас от мраков на суше и на море, когда вы взываете к Нему смиренно и тайно, говоря: “Если Он спасет нас от этого, мы непременно будем благодарны!”"
Ələddin Sultanov:
De: “Qurunun və dənizin qaranlıqlarından (təhlükələrindən) sizi kim xilas edir?” O zaman siz gizli-gizli yalvararaq: “Əgər bizi bundan xilas etsən, mütləq (Sənə) şükür edənlərdən olacağıq!” – deyə dua edirdiniz.
Kerbelayi Malik ağa:
‘Sizi qurunun və dənizin qaranlıqlarından kim qurtarar?’ de. Gizlicə Ona yalvararaq: ‘Əgər bizi bundan qurtarsan, biz mütləq şükür edənlərdən olarıq.’ deyə dua edərsiniz.
Ələsgər Musayev:
De: «Kimdir ki, nicat versin sizə qurunun və dəryanın zülmətindən, o halda ki, siz Onu aşkar və gizlində çağırırsınız: “Əgər bizə nicat versən bundan, olarıq şükür edənlərdən?”»
A.Mehdiyev və D.Cəfərli:
De: «Yalvarışla (aşkar şəkildə) və gizlincə Onu çağırıb «əgər bizə bu həlakətdən nicat versə, mütləq şükr edənlərdən olacağıq» (deyərkən) quru və dənizin qaranlıqlarından sizə kim nicat verir?
Kövsər Tağıyev:
De ki: “Siz aşkara və gizlin Ona, “Əgər bizi bundan qurtararsa, əlbəttə, şükür edənlərdən olacağıq”, – deyə dua edərkən sizi qurunun və dənizin qaranlıqlarından (təhlükələrindən) kim xilas edir?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Qurunun və dənizin zülmətlərindən sizə kim nicat verər? "Bizi bundan xilas etsəydi, hökmən minnətdar olardıq" - deyə siz yalvararaq gizlicə kimi köməyə çağırırsınız?"
Sabirə Dünyamalıyeva:
De ki: "Siz, 'bizi bundan xilas edərsə, əlbəttə əvəzini ödəyənlərdən olacağıq' deyə gizlicə və yalvararaq Ona dua edərkən, qurunun və dənizin zülmətlərindən sizi kim xilas edir?"