Əlixan Musayev:
(Allah) onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Və onların (birini düşmən Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.
Elmir Quliyev
:
Он сплотил их сердца. Если бы ты израсходовал все, что есть на земле, то не смог бы сплотить их сердца, однако Аллах сплотил их. Воистину, Он — Могущественный, Мудрый.
Ələddin Sultanov:
Allah onların qəlblərini (bir-birlərinə qarşı sevgi və dostluqda) birləşdirdi. Sən yer üzündə olan hər şeyi versəydin belə, yenə onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Şübhəsiz ki, O qüdrətlidir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Onların qəlblərini (sevgiylə) birləşdirdi. Əgər yer üzündəki şeylərin hamısını infaq etsəydin (versəydin), onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Şübhəsiz ki, O, Əzizdir, Hakimdir.
Ələsgər Musayev:
və qəlbləri arasında ülfət yaratdı. Əgər infaq etsəydin nə ki, ərzdədir cəmiyyən, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onlar arasında ülfət yaratdı. Həqiqətən, O Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Onların qəlbləri arasında (Allah) ülfət yaratdı. Əgər sən yer üzündə olan şeylərin hamısını xərcləsəydin, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən O, yenilməz qüdrət və hikmət sahibidir.
Kövsər Tağıyev:
və onların qəlblərini uzlaşdırandır. Əgər yer üzündəkilərin hamısını xərcləsəydin, sən onların qəlblərini uzlaşdıra bilməzdin. Lakin Allah onların arasını uzlaşdırdı. Şübhəsiz, O, mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
və ürəkləriniz arasında ülfət yaradan. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə onların ürəkləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən, O, qüvvət və hikmət sahibidir!
Sabirə Dünyamalıyeva:
Sən, yer üzündə nə varsa hamısını birdən sərf etsəydin, yenə də onların könüllərini birləşdirə bilməzdin. Amma Allah onların arasını birləşdirdi. Şübhəsiz ki, O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.