Yunus Surəsi 64. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Dünya həyatında da, axirətdə onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur.
Bünyadov-Məmmədəliyev:
Onlara dünyada da, axirətdə müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!
Elmir Quliyev :
Им предназначена радостная весть в этом мире и в Последней жизни. Слова Аллаха не подлежат отмене. Это великое преуспеяние.
Ələddin Sultanov:
Dünyada da, axirətdə onlar üçün müjdə vardır. Allahın sözlərində əsla dəyişiklik olmaz. Əsil böyük uğur budur!
Kerbelayi Malik ağa:
Onlara dünya həyatında axirətdə müjdələr vardır. Allahın sözü dəyişməz. O, fevz-ül əzmdir (ən böyük uğurdur).
Ələsgər Musayev:
onlar üçün dünya həyatında axirətdə bəşarət vardır. Allahın kəlmələri dəyişməz. Budur, əzəmətli uğur!
A.Mehdiyev və D.Cəfərli:
Onlar üçün dünya həyatında axirətdə müjdə vardır (dünyada peyğəmbərlərin dili qeybdən edilən ilhamlarla, ölüm zamanı mələklərlə axirətdə Allahın xitabı, mələklərlə görüş həqiqətlərin aşkar olması ilə). Allahın kəlamlarında (Onun vədlərində) heç bir dəyişkənlik yoxdur. Budur böyük uğur qurtuluş!
Kövsər Tağıyev:
Dünya həyatında da, axirət həyatında da onlar üçün müjdə var. Allahın sözlərində heç bir dəyişiklik olmaz. Bu, böyük uğurdur.
M.Qənioğlu və T.Bilaloğlu:
onlar üçün bu dünya həyatında axirətdə xoş xəbər vardır. Allahın sözləri heç vaxt dəyişilməz. Bu, böyük uğurdur.
Sabirə Dünyamalıyeva:
Onlara dünya həyatında axirət həyatında müjdə var. Allahın sözlərində dəyişiklik deyə bir şey olmaz. Bax bu, ən böyük qurtuluşun elə özüdür.