Hud Surəsi 64. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey qövmüm! Allahın (qayadan çıxartdığı) bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın onu Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab yaxalayar”.
Bünyadov-Məmmədəliyev:
Ey camaatım! Allahın bu dişi (maya) dəvəsi sizin üçün bir möcüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar olarsınız!”
Elmir Quliyev :
О мой народ! Вот эта верблюдица Аллаха знамение для вас. Пусть она пасется на земле Аллаха, и вы не причиняйте ей зла, а не то вас постигнут близкие мучения".
Ələddin Sultanov:
Ey qövmüm! Bu, sizin üçün möcüzə olan Allahın dişi dəvəsidir. Buraxın Allahın torpağında otlasın. Ona zərər verməyin! Yoxsa yaxın bir əzab sizi yaxalayar”. (Rəvayətə görə, Saleh peyğəmbərin qövmü ondan möcüzə göstərməsini möcüzə olaraq qayanın içindən bir dəvə çıxartmasını tələb etmişdi. Saleh peyğəmbər iman gətirəcəklərinə dair onlardan söz aldı namaz qılıb bunun üçün Allaha dua etdi. Allah onun duasını qəbul etmiş, möcüzə olaraq qayadan bir dəvə çıxartmış ona heç kimin zərər verməməsini əmr etmişdi.)
Kerbelayi Malik ağa:
Ey qövmüm! Bu Allahın (dişi) dəvəsi sizin üçün bir ayədir (dəlil, möcüzə). Artıq onu sərbəst buraxın. Allahın torpağında otlasın ona pislik etməyin. Əks halda sizi yaxın bir əzab yaxalayar.
Ələsgər Musayev:
Ay qoumum! Bu Allahın dəvəsi sizin üçün ayətdir. Qoyun Allahın ərzində otlasın ona pisliklə toxunmayın ki, yaxın əzab sizi tutmasın!»
A.Mehdiyev və D.Cəfərli:
«Və ey mənim qövmüm, bu, Allahın sizin üçün (Onun tovhidi mənim peyğəmbərliyim barəsində) bir əlamət möcüzə olan dişi dəvəsidir (ki, Onun istəyi ilə birdən-birə daşın arasından çıxmışdır). Buna görə də, onu qoyun Allahın torpağında otlasın ona əsla bir zərər-ziyan vurmayın ki, sizi çox yaxın bir əzab yaxalayar».
Kövsər Tağıyev:
“Ey qövmüm! Budur sizə möcüzə olaraq Allahın dişi bir dəvəsi! Buraxın onu, Allahın (yaratdığı) yer üzündə otlasın. Ona yamanlıq toxundurmayın, yoxsa sizi yaxın bir əzab haqlayar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey camaatım, iştə sizə bir möcüzə olaraq Allahın dəvəsi! Buraxın onu, qoy Allahın torpağında otlasın, ona pislik toxundurmayın, yoxsa sizə yaxın bir əzab üz verər".
Sabirə Dünyamalıyeva:
ey qövmüm! Budur, sizə işarət/nişan olaraq səlat [maddi zehni baxımdan dəstək olmaq; cəmiyyəti maarifləndirmək] vəzifəsi. Artıq, qoyun bu [iş] Allahın yer üzündə tətbiq edilsin. ona bir pislik etməyin; sonra sizi yaxın [olan] bir əzab yaxalayar.