Əlixan Musayev:
O dedi: “Daha öncə qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah daha yaxşı qoruyur. O, rəhmlilərin ən rəhmlisidir”.
Bünyadov-Məmmədəliyev:
(Yəqub) dedi: “Bundan əvvəl qardaşını (Yusifi) sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”
Elmir Quliyev
:
Он сказал: "Неужели я доверю его вам так, как доверил прежде его брата? Аллах охраняет лучше. Он — Милосерднейший из милосердных".
Ələddin Sultanov:
(Yaqub) dedi: “Daha əvvəl qardaşı (Yusif) haqqında sizə nə qədər güvəndimsə, bunun haqqında da sizə o qədər güvənirəm. Allah ən yaxşı mühafizə edəndir və O, mərhəmətlilərin ən mərhəmətlisidir!”
Kerbelayi Malik ağa:
(Yaqub (ə.s) belə) dedi: ‘Ancaq daha əvvəl onun qardaşını sizə etibar etdiyim kimi onu sizə etibar edə bilərəmmi? Lakin Allah qoruyucuların ən xeyirlisidir və O, rəhmət edənlərin ən çox rəhmət edənidir.’
Ələsgər Musayev:
Dedi: «Məgər sizə əmin olum onun barəsində, nə qədər
bundan qabaq əmin oldum onun qardaşı barəsində? Allah
xeyirli hifz edəndir və O rəhm edənlərin rəhimlisidir!»
A.Mehdiyev və D.Cəfərli:
(Yəqub) dedi: «Onun barəsində sizə əvvəllər qardaşı barəsində etdiyimdən başqa cür etibar edə bilərəmmi?! Buna görə də (əgər onu göndərsəm) Allah ən yaxşı qoruyandır və O, mehribanların ən mehribanıdır».
Kövsər Tağıyev:
Yaqub onlara: “Onun haqqında sizə ancaq daha əvvəl qardaşı haqqında güvəndiyim qədər güvənə bilərəm. Allah ən yaxşı qoruyandır və O, mərhəmətlilərin ən mərhəmətlisidir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Qardaşını sizə bundan əvvəl etibar etdiyim kimi onu da sizə necə etibar edə bilərəm? Allah Özü ən yaxşı qoruyandır. Axı O, rəhm edənlərin ən mərhəmətlisidir!"
Sabirə Dünyamalıyeva:
Ataları dedi ki: "Mən onu sizə əmanət edərəmmi? Bundan əvvəl qardaşını; Yusifi əmanət etdiyimdə [Vəziyyət] başqa [idi]! Allah hifz edənlərin ən xeyirlisidir. Və O, rəhm edənlərin ən rəhmlisidir."