Məryəm Surəsi 64. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Mələklər dedi:) “Biz (dünyaya) ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda onların arasında varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir”.
Bünyadov-Məmmədəliyev:
(Cəbrailin bir müddət yanına gəlməməsindən xiffət çəkən Peyğəmbərə Allaha yaxın olan bu əzəmətli mələk belə demişdi: ) “Biz (dünyaya) yalnız sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda onların arasında varsa ancaq Ona məxsusdur. (Keçmişə, indiyə gələcəyə aid işlər, dünya yaranandan qiyamət gününə qədər baş verəcək hər bir şey məhz Allahın iradəsinə tabedir). Rəbbin (Öz bəndələrini) unudan deyildir”. (Cəbrail Quranı Muhəmməd peyğəmbərə öyrətməyə təhkim olunsa da, Allahın əmri olmadan yerə enib heç bir ayə gətirə bilməz. Onun yer üzünə vaxt enməsi, hansı ayəni gətirməsi məhz Allahın buyuruğu ilədir. Allaha isə insandan fərqli olaraq unutmaq xüsusiyyəti yaddır. O, heç zaman bəndələrini unutmaz. İstədiyin bu ya digər ayənin, vəhyin sənə dərhal nazil olmaması Rəbbindən başqa heç kəsin bilmədiyi müəyyən bir hikməti-ilahi ilə bağlıdır. Ona görə belə şeydən ötrü ürəyini qısma!)
Elmir Quliyev :
Ангелы сказали: "Мы нисходим только по велению твоего Господа. Ему принадлежит то, что перед нами, и то, что позади нас, и то, что между ними. Господь твой не забывчив".
Ələddin Sultanov:
(Cəbrail belə demişdi: ) “Biz ancaq Rəbbinin əmri ilə enərik. Önümüzdə, arxamızda onların arasında varsa, hamısı Ona məxsusdur. Rəbbin (səni) unudan deyildir”.
Kerbelayi Malik ağa:
Biz (rəsul mələklər) Rəbbinin əmri olmadan enmərik. Bizim önümüzdə, arxamızda bunların arasında olanlar Onundur. Rəbbin səni unudan deyildir.
Ələsgər Musayev:
Biz nazil oluruq ancaq əmri ilə sənin Rəbbinin. Onun üçündür ki, qarşımızda ki, arxamızda ki, onların arasında var. sənin Rəbbin unudan deyil!
A.Mehdiyev və D.Cəfərli:
(Vəhy mələyi bir müddət yubandı. Peyğəmbər bunun səbəbini soruşdu. Mələk dedi:) Biz (peyğəmbərlərə tədrici vəhyi gətirmək üçün) yalnız Rəbbinin əmri ilə nazil oluruq. Bizim gələcək keçmiş işlərimiz o ikisinin arasında olan hal-hazır (həmçinin bizim, qarşımızdakı arxamızdakı, eləcə bunların ikisinin arasındakı zaman məkanlar, bunların hamısı) Allaha məxsusdur. (Allah üçün keçmiş, gələcək indiki zaman birdir vəhyin gecikməsi məsləhətdir.) Sənin Rəbbin əsla unutqan deyil.
Kövsər Tağıyev:
(Cəbrail belə dedi:) “Biz ancaq Rəbbinin əmri ilə enərik. Önümüzdə, arxamızda bunlar arasında varsa hamısı Onundur. Rəbbin unutqan deyil”.
M.Qənioğlu və T.Bilaloğlu:
(Cəbrail Məhəmməd peyğəmbərə dedi): "Biz ancaq sənin Rəbbinin əmri ilə enirik. Qarşımızda [gələcəkdə], arxamızda [keçmişdə] bunların arasında olanlar ancaq Ona məxsusdur. Sənin Rəbbin unudan deyildir.
Sabirə Dünyamalıyeva:
Biz Quran ayələri,yalnız Rəbbinin əmri ilə nazil olarıq. Bütün keçmiş gələcək şeylər onların arasındakılar yalnız Ona məxsusdur. sənin Rəbbin unutmamışdır.