Bəqərə Surəsi 64. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra bunun ardınca siz (yenə) üz döndərdiniz. Əgər sizə Allahın lütfü rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız.
Bünyadov-Məmmədəliyev:
Bundan sonra siz (əhdinizdən) döndünüz (əvvəlcə əməl etdiyiniz Tövrata sonra əməl etmədiniz). Əgər sizə Allahın yazığı rəhmi gəlməsəydi (tövbə etmək üçün möhlət verilməsəydi), əlbəttə, (böyük) zərər çəkənlərdən olardınız.
Elmir Quliyev :
После этого вы отвернулись, и если бы не милость и милосердие Аллаха к вам, вы непременно оказались бы в числе потерпевших убыток.
Ələddin Sultanov:
Bundan sonra siz (əhdinizdən) döndünüz. Əgər Allahın sizə lütfü mərhəməti olmasaydı, həqiqətən, zərərçəkənlərdən olardınız.
Kerbelayi Malik ağa:
Sonra bunun (misaqın) ardından siz döndünüz. Buna baxmayaraq əgər Allahın fəzli rəhməti sizin üzərinizə olmasaydı, siz mütləq hüsrana uğrayanlardan olardınız.
Ələsgər Musayev:
Sonra üz döndərdiniz bundan sonra. əgər olmasaydı fəzli Allahın üzərinizə rəhməti Onunolardınız xəsarətlilərdən.
A.Mehdiyev və D.Cəfərli:
Həmin vaxt, ondan sonra siz (öz əhd-peymanınızdan deyilənləri qəbul etməkdən) üz döndərdiniz. Əgər Allahın sizə lütf mərhəməti olmasaydı (sizə tövbə etməyi nəsib etməsəydi), mütləq zərər çəkənlərdən olardınız.
Kövsər Tağıyev:
Bundan sonra yenə üz döndərdiniz. Allahın bol neməti mərhəməti olmasaydı, yəqin ki, ziyana uğrayanlardan olardınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Bundan sonra isə siz arxa çevirdiniz. Əgər sizə Allahın lütfü rəhmi olmasaydı, onda siz ziyana düşənlərdən olardınız.
Sabirə Dünyamalıyeva:
Siz, bundan sonra üz döndərdiniz. Əgər üstünüzdə Allahın neməti rəhməti olmasa idi, əlbəttə siz zərərə uğrayanlardan olardınız.