Taha Surəsi 64. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Odur ki, bütün hiylələrinizi cəmləşdirib (meydana) dəstə-dəstə gəlin. Bu gün qələbə çalan xilas olacaqdır”.
Bünyadov-Məmmədəliyev:
Ona görə bütün hiylə (sehr) vasitələrinizi toplayın, sonra da (meydana) səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır! (Mətləbinə yetişəcəkdir!)”
Elmir Quliyev :
Объедините ваши козни и станьте в ряд. Сегодня преуспеет тот, кто одержит верх".
Ələddin Sultanov:
Ona görə hiyləgərlik vasitələrinizi cəmləşdirin, sonra da sıra ilə gəlin. Bu gün qalib gələn qurtulacaqdır!”
Kerbelayi Malik ağa:
(Firon belə dedi): ‘Artıq hiylələrinizi (sehrlərinizi) toplayın. Sonra sırayla gəlin. O gün qalib gələn fəlaha (qurtuluşa, zəfərə) çatmış olar.’
Ələsgər Musayev:
Cəm edin fəndlərinizi, sonra səf-səf gəlin.» Bu gün kim üstündür, nicat tapacaq!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə özünüzün cadu hiylələrinizi düşüncə diqqət ilə toplayın, sonra hamınız (onların qarşısında) bir sırada dayanın. Doğrudan da bu gün üstünlük əldə edən kəs nicat tapacaqdır.
Kövsər Tağıyev:
“Elə isə hiylələrinizi cəmləşdirin (bir-birinizə dəstək olun) sonra sıra ilə gəlin. Bu gün üstün gələn mütləq uğur qazanmışdır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bütün hiylələrinizi bir yerə cəm edin, sonra isə cərgə ilə gəlin. Üstünlük qazanan bu gün şad olacaqdır".
Sabirə Dünyamalıyeva:
Onun üçün bütün hiylələrinizi bir yerə yığın, sonra növbəylə gəlin. Bu gün üstün gələn həqiqətən zəfər qazanacaq" deyə fısıldaşmalarını gizli saxladılar.