Nəml Surəsi 64. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”.
Bünyadov-Məmmədəliyev:
Yaxud (məxluqatı) öncə yaradan (öldükdən) sonra (qiyamət günü) onu yenidən dirildən, sizə göydən (yağışla), yerdən (növbənöv bitkilərlə, meyvələrlə) ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?” De: “(Ey müşriklər!) Əgər (Allahın şərikləri olduğunu) doğru deyirsinizsə, dəlilinizi gətirin!”
Elmir Quliyev :
Кто создает творение изначально, а затем воссоздает его и обеспечивает вас пропитанием с неба и земли? Есть ли бог, кроме Аллаха? Скажи: "Приведите ваше доказательство, если вы говорите правду".
Ələddin Sultanov:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa əvvəlcə yaradıb sonra (axirətdə) onu təkrar dirildən sizə həm göydən, həm yerdən ruzi verən?! Allahla yanaşı başqa bir ilah varmı?! De: “Əgər doğru söyləyirsinizsə, dəlilinizi gətirin!”
Kerbelayi Malik ağa:
Yoxsa ilk dəfə yaradan sonra da onu (geriyə) döndərəcək olan sizə göydən yerdən ruzi verənmi? Allah ilə bərabər bir (başqa) ilahmı? (Onlara) de ki: ‘Əgər siz doğru söyləyənlərsinizsə, dəlillərinizi gətirin.’
Ələsgər Musayev:
Yoxsa kim ki, başlayır xəlqə, sonra qaytarır onu kim ki, ruzi verir sizə səmadan ərzdən? Ə, Allahla yanaşı Ilahimi var? De: «Verin sübutunuzu, əgər sadiqlərsiniz!»
A.Mehdiyev və D.Cəfərli:
(O şəriklərmi yaxşıdır,) yoxsa məxluqatı öncə yaradan, sonra onları(n hamısını fani etdikdən, yaxud canlıları öldürdükdən sonra, başqa bir aləmə) qaytaran sizə göydən yerdən ruzi yetirən? Məgər tək olan Allahla yanaşı başqa bir tanrı da var? De: «Əgər düz deyirsinizsə, dəlil sübutunuzu gətirin».
Kövsər Tağıyev:
Yaxud öncə yaradan, sonra yaratmağı təkrarlayan sizə göydən yerdən ruzi bəxş edən? Allah ilə yanaşı başqa ilahmı var? De ki: “Əgər doğru söyləyənlərsinizsə, dəlilinizi gətirin”.
M.Qənioğlu və T.Bilaloğlu:
(Onlar yaxşıdır), yoxsa ilk dəfə xəlq edən, sonra (öldürüb) bir dirildən, səmadan yerdən sizə ruzilər verən (Allah)? Məgər Allahla yanaşı başqa bir tanrı da var? De: "Əgər düz deyirsinizsə, dəlilinizi gətirin."
Sabirə Dünyamalıyeva:
Onların qoşduğu şeylərmi xeyirlidir, yoxsa əvvəlcə yaradılışı başladan, sonra onu geri qaytaracaq olan sizi həm göydən, həm yerdən ruziləndirənmi? Allahla yanaşı başqa bir məbudmu var? De ki: "Əgər doğruçulardansınızsa, qəti dəlilinizi gətirin!"