Qəsəs Surəsi 64. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Müşriklərə): “Şəriklərinizi çağırın!”– deyiləcək. (Müşriklər) onları çağıracaq, lakin (şəriklər)i onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Yaxşı olardı ki, onlar doğru yolla getmiş olaydılar.
Bünyadov-Məmmədəliyev:
(Müşriklərə) belə deyiləcək: “Şəriklərinizi çağırın!” (Müşriklər) ortaqlarını çağıracaq, lakin onlar (müşriklərə) cavab verməyəcəklər. Onlar mütləq əzabı görəcəklər. Əgər onlar (dünyada) doğru yola gəlmiş olsaydılar (axirətdə əzab görməzdilər).
Elmir Quliyev :
Им скажут: "Призовите своих сотоварищей!" Они призовут их, но те не ответят им, и тогда они увидят наказание. О, если бы они следовали прямым путем!
Ələddin Sultanov:
(Onlara:) “Çağırın şəriklərinizi!” - deyiləcək. Onlar da dərhal onları çağıracaq, ancaq onlar cavab verməyəcəklər əzabı görəcəklər. Kaş onlar (dünyada) doğru yola yönələydilər.
Kerbelayi Malik ağa:
Onlara: ‘Şəriklərinizi çağırın!’ deyildi. Bunun üzərinə onlar çağırdılar. Lakin onlara cavab vermədilər əzabı gördülər. Kaş ki onlar hidayətə ərmiş olsaydılar.
Ələsgər Musayev:
Deyil?r: «Cag?r?n s?rikl?rinizi!» V? cag?rarlar onlar?, ancaq cavab verm?zl?r onlara v? gor?rl?r ?zab?. ?g?r onlar hiday?t tapm?s olsayd?lar!
A.Mehdiyev və D.Cəfərli:
(ibadət edənlərə) deyiləcəkdir: «Belə isə, şəriklərinizi (Allahla bərabər hesab etdiklərinizi, köməyə) çağırın.» Beləliklə onları çağırarlar, amma onlar cavab (hay) verməzlər; əzabı (eynül-yəqinlə) görərlər arzu edərlər ki, «kaş (dünyada) hidayət olmuş olaydılar».
Kövsər Tağıyev:
Onlara: “Şəriklərinizi çağırın!” deyilər. Onlar da çağırarlar, lakin şərikləri onlara cavab verə bilməzlər. Əzabı görərlər. Kaş onlar (dünyada ikən) doğru yolu tutaydılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara deyiləcək: “Öz şəriklərinizi (köməyə) çağırın." Kafirlər onları çağırarlar, qoşduqları şəriklər isə onlara cavab verməzlər onlar əzabı (öz gözlərilə) görərlər. Düz yolla getmiş olsaydılar, (əzabı görməzdilər).
Sabirə Dünyamalıyeva:
"Şəriklərinizi çağırın!" deyiləcək, onlar da çağıracaqlar. Sonra da onlar cavab verməyəcklər əzabı görəcəklər. -Nə olaydı onlar, yönləndirildikləri doğru yolu qəbul etmiş olaydılar!-