Əlixan Musayev:
Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!
Bünyadov-Məmmədəliyev:
Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər).
Elmir Quliyev
:
Мирская жизнь — всего лишь потеха и игра, а Последняя обитель — это настоящая жизнь. Если бы они только знали это!
Ələddin Sultanov:
Bu dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əsil həyat axirət yurdundadır. Kaş bunu biləydilər.
Kerbelayi Malik ağa:
Əgər onlara: ‘Səmadan suyu endirən və beləcə onunla torpağa ölümündən sonra həyat verən kimdir?’ deyə soruşsan mütləq ‘Allah’ deyərlər. De ki: ‘Həmd Allaha məxsusdur.’ Xeyr, onların çoxu ağıl işlətməzlər.
Ələsgər Musayev:
Bu dünya həyatı ancaq oyun və əyləncədir. Həqiqətən, axirət yurdu – o, əlvan həyatdır, əgər bilsəydilər!
A.Mehdiyev və D.Cəfərli:
Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!
Kövsər Tağıyev:
Bu dünya həyatı sadəcə bir əyləncə və oyundan ibarətdir. Axirət yurduna gəlincə, əsl həyat odur. Kaş biləydilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət evi isə əsl həyatdır. Kaş bunu biləydilər!
Sabirə Dünyamalıyeva:
Və bu fani dünya həyatı, yalnız bir əyləncə və oyundur. Şübhəsiz ki, axırıncı yurd isə həqiqətən həyatın özüdür. Kaş ki, onlar bilsəydilər.