Mömin Surəsi 64. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah qədər xeyirxahdır!
Bünyadov-Məmmədəliyev:
Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz (pak) nemətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah qədər ucadır (nə qədər uludur)! (Ucalardan ucadır, xeyir-bərəkəti bol daimidir!)
Elmir Quliyev :
Аллах Тот, Кто сотворил для вас землю местом пребывания, а небо кровлей. Он придал вам облик и сделал его прекрасным. Он наделил вас благами. Таков Аллах, ваш Господь. Благословен Аллах, Господь миров!
Ələddin Sultanov:
Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verib sizi ən gözəl surətə salan sizə təmiz qidalardan ruzi verən Allahdır. Bu, sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah çox ucadır.
Kerbelayi Malik ağa:
O Allah ki, yer üzünü sizin üçün yaşayış yeri səmanı bina etdi. Sizə surət verdi. Sonra surətlərinizi gözəlləşdirdi. Sizə təmiz şeylərdən ruzi verdi. Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi Allah Mübarəkdir.
Ələsgər Musayev:
Allah Odur ki, etdi sizin üçün ərzi qərargah, səmanı bina surətləndirdi sizi yaxşı surətləndirdi sizi pak ruzilərdən verdi sizə. Bu sizə Allahdır Rəbbinizdir. Ucadır Allah Rəbbidir aləmlərin!
A.Mehdiyev və D.Cəfərli:
Allah yeri sizin üçün yaşayış yeri göyü (müxtəlif bərəkətləri sizə nazil olsun deyə başınızın üzərində) bina edən, sizi şəkillərə salan surətlərinizi gözəl edən sizə (var-dövlət, övlad həyat yoldaşı kimi maddi ağıl, elm din kimi mənəvi) paklardan ruzi verəndir. Sizin Rəbbiniz bu Allahdır. Buna görə aləmlərin Rəbbi olan Allah müqəddəs bol xeyir-bərəkətlidir.
Kövsər Tağıyev:
Allah yer üzünü sizin üçün qərar tutma yeri, göyü isə tavan olaraq yaradan, sizə surət verib surətlərinizi gözəlləşdirən sizə təmiz ruzilər verəndir. Bax budur Rəbbiniz Allah. Aləmlərin Rəbbi olan Allah ucadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Yeri sizin üçün qərar tutulası məskən, göyü tavan edən, sizə surət verib ən gözəl şəkillərə salan xoş nemətlərdən ruzi verən Allahdır. Sizin Rəbbiniz Allah, bax budur! Aləmlərin Rəbbi olan Allah xeyir-bərəkətlidir.
Sabirə Dünyamalıyeva:
Allah, sizin üçün yer üzünü bir qərargah [məskən] edən, göyü bina edən, sizə surət verən, -surətlərinizi necə gözəl vermişdir- sizə təmiz şeylərdən ruzi verəndir. Bax O, Rəbbiniz olan Allahdır. -Aləmlərin Rəbbi olan Allah necə comərddir!-