Tövbə Surəsi 64. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Münafiqlər, özlərinin qəlbində olanı xəbər verən bir surənin (möminlərə) nazil olmasından çəkinirlər. De: “Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyi üzə çıxaracaqdır”.
Bünyadov-Məmmədəliyev:
Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: “Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!”
Elmir Quliyev :
Лицемеры опасаются, что им будет ниспослана сура, которая поведает о том, что в их сердцах. Скажи: "Насмехайтесь! Аллах непременно выведет наружу то, чего вы опасаетесь".
Ələddin Sultanov:
Münafiqlər qəlblərində olan şeyləri özlərinə xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: “Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyləri ortaya çıxaracaqdır”.
Kerbelayi Malik ağa:
Münafiqlər qəlblərində olan şeyi onlara xəbər verən bir surənin endirilməsindən çəkinirlər. De ki: ‘İstehza edin. Şübhəsiz ki, Allah çəkindiyiniz (gizlətdiyiniz) şeyi ortaya çıxarandır.’
Ələsgər Musayev:
Münafiqlər həzər edirlər ki, nazil olar üzərinə onların surə, xəbər verər ilə ki, qəlblərindədir. De: «Istehza edin! Həqiqətən, Allah xaric edəcək ki, həzər edirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Münafiqlər (istehza məqsədi ilə) özlərini onların barəsində qəlblərində olanı (küfrü İslam hökümətini devirmək niyyətlərini) onların özlərinə camaata xəbər verən bir surə nazil olmasından qorxan kimi göstərirlər. De: «(Bu rəftarınızla İslama) istehza edin, şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir».
Kövsər Tağıyev:
Münafiqlər qəlblərində olanları üzlərinə qarşı açıq bir şəkildə xəbər verəcək bir surənin endirilməsindən çəkinərlər. De ki: “Siz istehza etməyinizdə olun! Allah çəkindiyiniz o şeyi ortaya çıxaracaqdır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Münafiqlər onlara ürəklərində olanları xəbər verən bir surə nazil olunmasından ehtiyat edirlər. De: "Siz istehza etməkdə olun! Allah ehtiyat etdiyiniz şeyi üzə çıxaracaqdır"
Sabirə Dünyamalıyeva:
Münafiqlər, qəlblərində olan şeyləri özlərinə xəbər verəcək bir surənin onların üstünə nazil edilməsindən çəkinirlər. De ki: "Siz istehza etməyinizdə olun! Şübhəsiz ki, Allah sizin çəkindiyiniz şeyi üzə çıxaracaqdır."