Yusif Surəsi 65. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar yüklərini açdıqda verdikləri mallarının da özlərinə qaytarıldığını görüb dedilər: “Ey atamız! Bizə daha lazımdır ki? Budur, sərmayəmiz özümüzə qaytarılıb. Biz ailəmizi ərzaqla təmin edər, qardaşımızı qoruyar bir dəvə yükü artıq (ərzaq) alarıq. Bu isə satın aldığımızın az bir miqdarıdır”.
Bünyadov-Məmmədəliyev:
Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarıldığını görüb dedilər: “Ata! Daha istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz (onun vasitəsilə) ailəmizə bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar (ərzağımızın üstünə) bir dəvə yükü ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır!”
Elmir Quliyev :
Когда они развязали свои вьюки, то обнаружили, что их деньги были возвращены им. Они сказали: "Отец наш! Что еще можно пожелать? Нам вернули наши деньги. Мы обеспечим пропитанием наши семьи, сбережем нашего брата и получим вдобавок верблюжий вьюк. Эта мера не будет обременительной".
Ələddin Sultanov:
Onlar yüklərini açdıqları zaman (mübadilə üçün apardıqları) mallarının geri qaytarıldığını gördülər belə dedilər: “Ay ata, daha istəyirik?! Budur, öz mallarımız da bizə geri qaytarılıb. Bununla ailəmizə yenə ərzaq gətirərik qardaşımızı da qoruyarıq. Bir dəvə yükü ərzaq da artıq alarıq. (Çünki indi gətirdiyimiz) bu ərzaqın miqdarı çox azdır”.
Kerbelayi Malik ağa:
Yüklərini açdıqları zaman sərmayələrinin özlərinə qaytarıldığını gördülər belə dedilər: ‘Ey atamız! Daha istəyirik? Bunlar bizim sərmayələrimizdir. Bizə geri verilmiş ailəmizə (yenə) ərzaq gətirərik qardaşımızı qoruyarıq. (Ərzağımızı) bir dəvə yükü (daha) artırarıq. Bu az bir miqdardır.’
Ələsgər Musayev:
Amma elə ki, öz mətahlarını açdılar, gördülər ki, bütün malları qaytarılıb. Dedilər: «Ay atamız, daha istəyirik? Mallarımızı bizə qaytarmışlar. Biz öz ailəmizi təmin edib qardaşımızı hifz edərik bir dəvə yükü artırarıq. Bu yük yüngüldür».
A.Mehdiyev və D.Cəfərli:
mallarını açanda sərmayələrinin özlərinə qaytarıldığını gördülər. (Atalarını razı etmək üçün) dedilər: «Ey ata, daha biz istəyirik? Bu bizim sərmayəmizdir ki, özümüzə qaytarılıb. (bu dəfə) ailəmiz üçün azuqə gətirərik qardaşımızı qoruyarıq. (Onu aparmaqla) bir dəvə yükü artıq (azuqə) alarıq ki, bu, (Əzizin yanında) az bir ölçüdür».
Kövsər Tağıyev:
Yüklərini açıb ərzaq əvəzində ödədiklərinin özlərinə geri verildiyini gördülər. “Ey atamız! Daha istəyirik? Ödədiklərimiz bizə geri verilib. Onunla yenə ailəmizə ərzaq gətirər, qardaşımızı qoruyar əlavə bir dəvə yükü ərzaq alarıq. Çünki bu gətirdiyimiz ərzaq azdır”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar yüklərini açanda gördülər ki, malları özlərinə qaytarılıb. Onlar dedilər: "Ey atamız! Daha biz istəyirik ki? Budur, malımız özümüzə qaytarılıb. Biz ailəmizi ərzaqla təmin edər, qardaşımızı qoruyar, bir dəvə yükü qədər artıq alarıq. Bu isə asan bir işdir".
Sabirə Dünyamalıyeva:
yüklərini açdıqları zaman sərmayələrinin özlərinə qaytarıldığını gördülər. Dedilər ki: "Ey atamız! Daha istəyirik? Bax, sərmayələrimiz bizə qaytarılmış. Bununla ailəmizə taxıl alıb gətirər, qardaşımızı qoruyarıq, üstəlik bir dəvə yükü artıq taxıl alarıq. Bu aldığımız, çox asan/çox az bir taxıldır."