Əlixan Musayev:
Allah göydən yağmur yağdırıb onunla ölmüş yeri diriltdi. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra dirildər. (Öyüd-nəsihətə) qulaq asanlar üçün bunda bir ibrət vardır. (Allah quru torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə qadirdir!)
Elmir Quliyev
:
Аллах ниспослал с неба воду и оживил ею мертвую землю. Воистину, в этом — знамение для людей внимающих.
Ələddin Sultanov:
Allah göydən su endirdi və onunla yer üzünü ölümündən sonra diriltdi. Şübhəsiz ki, bunda (haqqı) dinləyənlər üçün dəlillər vardır.
Kerbelayi Malik ağa:
Allah səmadan suyu endirdi. Beləcə onunla ölümündən sonra yer üzünə həyat verdi. Şübhəsiz ki, bunda eşidən bir qövm üçün əlbəttə bir ayə (dəlil) vardır.
Ələsgər Musayev:
Allah nazil etdi səmadan su və diri etdi onunla ərzi
ölümündən sonra. Həqiqətən, bunda eşidən qoum üçün ayətlər
vardır.
A.Mehdiyev və D.Cəfərli:
Allah göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsi ilə yeri (otları, dənləri və onların daxilindəki rüşeymləri) ölümündən sonra diriltdi. Doğrudan da bunda (bu işdə) eşidən dəstə üçün (Allahın qüdrət və hikmətindən) bir nişanə vardır.
Kövsər Tağıyev:
Allah göydən su endirdi, onunla yer üzünü ölümündən sonra diriltdi. Şübhəsiz, eşidən bir toplum üçün bunda bir ibrət var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah səmadan su endirdi və bununla da yeri ölümündən sonra diriltdi. Həqiqətən, bunda söz eşidən adamlar üçün bir ibrət vardır.
Sabirə Dünyamalıyeva:
Və Allah göydən bir su endirdi, onunla yer üzünü öldükdən sonra diriltdi. Şübhəsiz ki, bunda dinləyən bir qövm üçün həqiqətən bir işarət/nişan var.