Taha Surəsi 65. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əvvəlcə əlindəkini) at, ya da birinci atan biz olaq!”
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Ya Musa! (Özün seç). Ya sən (əvvəlcə əsanı yerə) tulla, ya da biz birinci tullayaq!
Elmir Quliyev :
Они сказали: Муса (Моисей)! Ты бросишь первым, или же нам бросать первыми?"
Ələddin Sultanov:
(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən at, ya da əvvəlcə biz ataq”.
Kerbelayi Malik ağa:
’Ey Musa, (əsanı) sən atırsan yoxsa əvvəl atan bizmi olaq?’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ay Musa, vaxt ki, sən at, vaxt ki, biz əvvəl ataq?»
A.Mehdiyev və D.Cəfərli:
(Təyin edilmiş vaxtda hamı gəlib çıxdıqdan sonra sehrbazlar) dedilər: Ey Musa, ya (əlində olanı əvvəlcə) sən atırsan, ya da əvvəlcə atan biz olaq.
Kövsər Tağıyev:
Sehrbazlar: “Ey Musa! Ya əvvəlcə sən at, ya da ilk atan biz olarıq”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər:"Ey Musa, ya sən at, ya da birinci atan biz olaq”.
Sabirə Dünyamalıyeva:
Nüfuzlu alimlər: "Ey Musa! Sənmi meydana qoyacaqsan yaxud ilk meydana qoyan kəslər biz olaq" dedilər.