Əlixan Musayev:
Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir.
Bünyadov-Məmmədəliyev:
Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir!
Elmir Quliyev
:
Они говорят: "Господь наш! Отврати от нас мучения в Геенне, поскольку мучения там не отступают.
Ələddin Sultanov:
Və deyərlər: “Ey Rəbbimiz, cəhənnəm əzabını bizdən sovuşdur! Şübhəsiz, onun əzabı daimidir.
Kerbelayi Malik ağa:
Onlar: ‘Rəbbimiz cəhənnəm əzabını bizdən uzaqlaşdır. Şübhəsiz ki, onun əzabı daimi həlak edicidir.’ deyərlər
Ələsgər Musayev:
O kəslər ki, deyirlər: «Rəbbimiz! Qaytar bizdən cəhənnəm əzabını. Həqiqətən, onun əzabı bədbəxtlik olar!
A.Mehdiyev və D.Cəfərli:
Və o kəslər(dir) ki, «ey Rəbbimiz, Cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən onun əzabı (Cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir» deyərlər.
Kövsər Tağıyev:
Onlar belə deyənlərdir: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaqlaşdır, həqiqətən, onun əzabı daimi bir həlakdır!”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyərlər "Rəbbimiz, cəhənnəm əzabını bizdən kənar et! Axı onun əzabı tükənən deyildir.”
Sabirə Dünyamalıyeva:
Və Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] bəndələri, "Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur! Şübhəsiz ki, onun əzabı daimi bir dəyişikliyə və məhv məruz qalmaqdır.