Əlixan Musayev:
De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!
Elmir Quliyev
:
Скажи: "Никто из тех, кто на небесах и на земле, не ведает сокровенное, кроме Аллаха, а они даже не подозревают, когда их воскресят.
Ələddin Sultanov:
De: “Allahdan başqa göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz. Onlar nə zaman dirildiləcəklərini də bilməzlər”.
Kerbelayi Malik ağa:
De ki: ‘Göylərdə və yer üzündə qeybi Allahdan başqa kimsə bilməz. Nə vaxt bəas ediləcəklərini belə bilməzlər.’
Ələsgər Musayev:
De: «Bilməz səmalarda və ərzdə Allahdan başqa bir kəs qeybi! Və nə vaxt qalxacaqlarına şüurları yoxdur!»
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) de: «Allahdan başqa göylərdə və yerdə olan heç bir kəs qeybi (şüur sahiblərinin hissiyyatından xaricdə olan aləmləri və elmləri) bilmir və onlar bilmirlər ki, nə vaxt dirildiləcəklər».
Kövsər Tağıyev:
De ki: “Göydəkilər və yerdəkilər qeybi bilməzlər, sadəcə Allah bilər. Onlar öldükdən sonra nə zaman dirildiləcəklərinin də fərqində deyillər”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allahdan başqa göylərdə və yerdə olan kəslər qeybi bilmirlər və onlar nə vaxt dirildiləcəklərini də bilmirlər."
Sabirə Dünyamalıyeva:
De ki: "Qeybi; göylərdə və yerdə görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi Allahdan başqa heç kim bilə bilməz. Və onlar, nə vaxt dirildiləcəklərini də dərk edə bilməzlər."