Əlixan Musayev:
Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız?
Bünyadov-Məmmədəliyev:
Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?
Elmir Quliyev
:
О люди Писания! Почему вы препираетесь относительно Ибрахима (Авраама), ведь Таурат (Тора) и Инджил (Евангелие) были ниспосланы только после него. Неужели вы не разумеете?
Ələddin Sultanov:
Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? Halbuki Tövrat və İncil ondan sonra nazil edilmişdir. Siz heç düşünmürsünüzmü?
Kerbelayi Malik ağa:
Ey Kitab əhli! Hz. İbrahim haqqında nə üçün mübahisə edirsiniz? Tövrat və İncil ondan əvvəl endirilmədi ki (ondan sonra endirildi). Hələ ağıl işlətmirsinizmi?
Ələsgər Musayev:
Ay əhli kitab! Nə üçün höccət edirsiniz Ibrahim barəsində?
Bir halda ki, Tövrat və Incil nazil edilib ancaq ondan sonra. Ə,
məgər əql etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
Ey kitab ?hli, n? ucun Ibrahim bar?sind? mubahis? edirsiniz? (Sizl?rd?n h?r biriniz deyir ki, o bizim dinimizd? olub) halbuki Tovrat da, Incil d? yaln?z ondan sonra nazil olmusdur! Hec dusunmursunuz?!
Kövsər Tağıyev:
Ey kitab əhli! İbrahim haqqında niyə mübahisə edirsiniz? Halbuki Tövrat da, İncil də ondan sonra endirilmişdir. Siz heç düşünmürsünüzmü?
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Ey Kitab əhli ! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir. Məgər anlamırsınız?
Sabirə Dünyamalıyeva:
Ey Kitab əhli! Tövrat və İncil özündən sonra nazil edildiyi halda, İbrahim barəsində niyə höcətləşirsiniz? Hələ də ağlınızı işlətməyəcəksiniz?