Əlixan Musayev:
O, (əbədi) Yaşayandır, Ondan başqa məbud yoxdur. (Allaha), dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
Bünyadov-Məmmədəliyev:
Əbədi (həmişə diri) olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. (Allaha) dini yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
Elmir Quliyev
:
Он — Живой, и нет божества, кроме Него. Взывайте же к Нему, очищая перед Ним веру. Хвала Аллаху, Господу миров!
Ələddin Sultanov:
O daim diridir. Ondan başqa heç bir ilah yoxdur! Elə isə dini yalnız Ona məxsus edərək dua edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
Kerbelayi Malik ağa:
O, Hayydır (həyatda olan). Ondan başqa İlah yoxdur. Elə isə dini Ona xalis edərək (Allaha) dua edin. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.
Ələsgər Musayev:
O –
Diridir, yoxdur Ilahi, ancaq Odur. Çağırın Onu dininizi Onun
üçün məxlus edərək! Həmd Allah üçündür, Rəbbidir aləmlərin!
A.Mehdiyev və D.Cəfərli:
(Zatən) diri (və əzəli və əbədi olan) Odur. Ondan başqa bir məbud yoxdur. Buna görə də etiqadı (şirkdən), itaəti (riyadan) və dini (bidətdən) saflaşdırıb Onu çağırın. Bütün həmd-sənalar(ın əsası və zatı) aləmlərin Rəbbinə məxsusdur.
Kövsər Tağıyev:
O, diridir. Ondan başqa heç bir ilah yoxdur. O halda sadəcə Allaha itaət edərək (səmimiyyətlə) Ona ibadət edin. Həmd aləmlərin Rəbbinə məxsusdur.
M.Qənioğlu və T.Bilaloğlu:
O, əbədiyaşardır. Ondan başqa tanrı yoxdur! Dini ancaq Allaha xas edərək Onu çağırın! Aləmlərin Rəbbi Allaha həmd olsun!
Sabirə Dünyamalıyeva:
O, diridir, Ondan başqa məbud deyə bir şey yoxdur. Bu səbəblə, dini yalnız Onun üçün pak tutaraq Ona dua edin. Bütün təriflər yalnız aləmlərin Rəbbi Allaha məxsusdur; başqasını tərifləmək olmaz."