Əlixan Musayev:
Əmrimiz gəldikdə Salehi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə (əzabdan) və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin Qüvvətlidir, Qüdrətlidir.
Bünyadov-Məmmədəliyev:
(Saleh tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin yenilməz qüdrət sahibi, qüvvət sahibidir!
Elmir Quliyev
:
Когда же явилось Наше веление, Мы по милости Своей спасли Салиха и тех, кто уверовал вместе с ним. Мы избавили их от позора в тот день. Воистину, твой Господь — Всесильный, Могущественный!
Ələddin Sultanov:
(Əzaba dair) əmrimiz gəldiyi zaman Salehi və onunla birlikdə iman gətirənləri mərhəmətimizlə əzabdan və o günün rüsvayçılığından xilas etdik. Şübhəsiz ki, sənin Rəbbin güclüdür, qüdrətlidir.
Kerbelayi Malik ağa:
Bundan sonra əmrimiz gəldiyi zaman Saleh (ə.s)i və onun yanındakı amənu olan kəsləri Bizdən bir rəhmətlə qurtardıq. İzn gününün zillətindən də qurtardıq. Şübhəsiz ki, sənin Rəbbin Qəviyydir (güclüdür), Əzizdir (ucadır).
Ələsgər Musayev:
Amma elə ki, Bizim əmrimiz gəldi Salehə
və o kəslərə ki, onunla iman gətiriblər, Öz rəhmətimizlə o
günün rüsvayçılığından nicat verdik. Həqiqətən, Rəbbin
Qəvidir, Əzizdir!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (onların əzabı barəsində) Bizim əmrimiz yetişdikdə və Bizim istəyimiz qətiləşən zaman Saleh və onunla birlikdə iman gətirənlərə tərəfimizdən olan bir rəhmət ilə (həmin qövmün şərindən) və o günün xarlıq və rüsvayçılığından nicat verdik. Doğrudan da sənin Rəbbin həmin güclü və yenilməz qüdrət sahibidir.
Kövsər Tağıyev:
(Həlak) əmrimiz gəldikdə Salihi və onunla birlikdə iman edənləri həlak olmaqdan və o günün rüsvayçılığından rəhmətimizlə xilas etdik. Şübhəsiz, Rəbbin mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim əmrimiz gələndə Salehi və onunla birgə iman gətirənləri Öz mərhəmətimizlə o günün rüsvayçılığından xilas etdik. Həqiqətən, Sənin Rəbbin qüvvətlidir, qüdrətlidir.
Sabirə Dünyamalıyeva:
Artıq nə zaman ki, əmrimiz gəldi, Salehi və onunla birgə iman edən kəsləri Öz tərəfimizdən bir mərhəmətlə xilas etdik. O günün əzab-əziyyətindən də xilas etdik. Heç şübhəsiz ki, sənin Rəbbin, güclü, mütləq üstün olandır.