Nəhl Surəsi 66. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər. (Qanın ifrazatın dadı, qoxusu rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir tam verərik ki, o, içənlərə xoş gələr).
Elmir Quliyev :
Воистину, в домашней скотине для вас назидание. Мы поим вас тем, что образуется в их животах между пометом и кровью, чистым молоком, приятным для пьющих.
Ələddin Sultanov:
Şübhəsiz, heyvanlarda da sizin üçün bir ibrət vardır. Belə ki, sizə onların qarınlarındakı ifrazat ilə qan arasından çıxan, içənlərin boğazından rahatlıqla keçən xalis bir süd içirdirik.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, heyvanlarda sizin üçün əlbəttə bir ibrət vardır. Sizə onların qarnında fərs (həzm edilmiş qida) ilə qan arasından çıxan, içənlərin boğazından rahat keçən xalis süd içiririk.
Ələsgər Musayev:
Həqiqətən, sizin üçün davarlarda ibrət var. Biz onun bətnində olan sidiyin qanın arasından sizə xalis süd içirdirik ki, içənlər üçün çox yaxşıdır.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən dördayaqlılar(ın yaradılışın)da sizin üçün (böyük) bir ibrət vardır. Onların qarınlarında olandan r mədədə yarı həzm olunmuş yeməklərlə (onların damarlarından axan) qanın arasından sizə içənlərə xoş gələn xalis təmiz süd içirdirik.
Kövsər Tağıyev:
Şübhəsiz, (sağmal) heyvanlarda da sizin üçün bir ibrət var. Biz sizə onların qarınlarındakı ifrazat ilə qan arasından (süzülən), içənlərə xalis rahat gələn süd içirdirik.
M.Qənioğlu və T.Bilaloğlu:
Mal-heyvanda da sizin üçün bir ibrət vardır; Biz sizə onun qarnında həzm olunmuş qida ilə qan arasından gələn içənlər üçün rahat, təmiz süd içiririk.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, sizin üçün keçi, qoyun, dəvə, inəkdə bir ibrət var. Biz, sizə onların qarnındakı nəcis ilə qan arasındakı şeylərdən, içənlərin boğazından rahat keçən xalis süd içirdirik.