Əlixan Musayev:
Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu (göstərən elmdən) mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?”
Bünyadov-Məmmədəliyev:
Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?”
Elmir Quliyev
:
Муса (Моисей) сказал ему (Хадиру): "Могу ли я последовать за тобой, чтобы ты научил меня о прямом пути тому, чему ты обучен?"
Ələddin Sultanov:
Musa ona: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə səninlə gələ bilərəmmi?” – dedi.
Kerbelayi Malik ağa:
Musa (ə.s) ona belə dedi: ‘Rüşdə çatmaq üçün sənə öyrədiləndən (elmi lədundan) mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?’
Ələsgər Musayev:
Musa dedi ona: «Sənə tabe olummu, o elm rəşd kamaldan
ki, sənə təlim olunub, mənə təlim verəsən?»
A.Mehdiyev və D.Cəfərli:
Musa ona dedi: «(İcazə verirsən) öyrədildiyin həqiqətə istiqamətləndirmə elmlərindən mənə (də) öyrətməyin məqsədi ilə sənə tabe olum?»
Kövsər Tağıyev:
Musa ona: “Sənə öyrədilən biliklərdən doğruya aparan bir biliyi mənə öyrətməyin üçün sənə tabe olummu?” – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa ona dedi: "Sənə öyrədilmiş düz yolu mənə öyrətmək şərtilə sənin ardınca gəlimmi [sənə tabe olummu]?"
Sabirə Dünyamalıyeva:
Musa ona: "Doğru yol barədə sənə öyrədiləndən mənə də öyrədəsən deyə sənə tabe olummu?" dedi.