Əlixan Musayev:
O gün xəbərlər onlardan gizli qalacaqdır. Onlar bir-birindən (heç bir şey) soruşa bilməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
O gün (canlarını qurtaracaq) xəbərlər (cavablar) onlardan gizli qalacaqdır (bütün bəhanələri kəsiləcəkdir). Onlar (qiyamətin heybətindən) bir-birindən hal-əhval belə tuta bilməyəcəklər. (Hər kəs öz hayında olacaqdır).
Elmir Quliyev
:
В тот день известия будут сокрыты от них, и они не будут расспрашивать друг друга.
Ələddin Sultanov:
O gün xəbərlər onlara gizli qalacaq və bir-birindən heç nə soruşa bilməyəcəklər.
Kerbelayi Malik ağa:
İzn günü artıq onların xəbərləri (əməl dəftərləri, rəqəmli kitab) bağlanmışdır. Bundan sonra onlar sorğu-sual olunmazlar.
Ələsgər Musayev:
?h?miyy?tsiz olar x?b?rl?r uz?rl?rind? onlar?n o gun v? onlar bir-biri il? sual-cavab etm?zl?r.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, o gündə (cavaba və başqa məsələlərə aid) xəbərlər (zamanın uzunluğundan və dəhşətin çoxluğundan) onlardan gizli qalar. Hətta (onlar) bir-birlərindən belə soruşa bilməzlər.
Kövsər Tağıyev:
O gün bütün xəbərlər onlara qapalı olar. Daha bir-birilərindən də soruşa bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü onlar üçün xəbərlər [cavab] gözü kor olacaqdır [canlarını qurtara biləcək cavab tapmayacaqlar], heç bir-birləri ilə də sorğu-sual edə bilməyəcəklər.
Sabirə Dünyamalıyeva:
Bax, o gün, bütün vacib xəbərlər onlar üçün qapqaranlıq olmuşdur; artıq onlar bir-birlərindən də soruşa bilməz.