Əlixan Musayev:
Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!”
Bünyadov-Məmmədəliyev:
Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: “Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!” – deyəcəklər.
Elmir Quliyev
:
В тот день их лица будут поворачиваться (или изменяться) в Огне, и они скажут: "Лучше бы мы повиновались Аллаху и повиновались Посланнику!"
Ələddin Sultanov:
Üzləri odda çevrildiyi gün onlar: “Kaş Allaha itaət edəydik! Kaş Peyğəmbərə itaət edəydik!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
Onların üzlərinin atəşin içində (bir tərəfdən bir tərəfə) çevriləcəyi gün: ‘Kaş ki biz Allaha və Rəsula itaət etsəydik.’ deyəcəklər.
Ələsgər Musayev:
O gün ki, çevirilər üzləri oda tərəf,
onda deyərlər: «Kaş ki, biz itaət edəydik Allaha və itaət
edəydik rəsula!»
A.Mehdiyev və D.Cəfərli:
Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (sarı və qara rəngə düşdüyü) gün (onlar) deyərlər: «Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun Rəsuluna tabe olaydıq!»
Kövsər Tağıyev:
Üzlərinin atəşdə bir tərəfdən bir tərəfə çevriləcəyi gün: “Kaş Allaha və Rəsuluna itaət edəydik”, – deyəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Üzləri odda o yan - bu yana çevriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allaha itaət edəydik, peyğəmbərə itaət edəydik!"
Sabirə Dünyamalıyeva:
Üzləri atəşin içində o yan-bu yana çevrildiyi gün, "Ah, kaş ki Allaha itaət edəydik, Peyğəmbərə itaət edəydik!" deyəcəklər.