Yasin Surəsi 66. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər istəsəydik, onların gözlərini kor edərdik onda onlar (düz )yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?
Bünyadov-Məmmədəliyev:
Əgər istəsəydik, (dünyada) gözlərini büsbütün kor edərdik (onları zahiri gözdən məhrum edərdik) onda onlar (adət etdikləri) yolda bir-birini ötməyə çalışardılar (və ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər, ora-bura vurnuxardılar). Amma (belə bir vəziyyətdə yolu) necə görə bilərdilər? (Lakin Biz onları dünyada belə bir korluğa mübtəla etmədik. Onlar Allahın qüdrət əlamətlərini görür, bununla belə öz pis yollarını tutub gedirdilər. Beləliklə, onlar iman gətirmədilər ki, gətirmədilər).
Elmir Quliyev :
Если Мы пожелаем, то лишим их зрения, и тогда они бросятся к Пути. Но как они будут видеть?
Ələddin Sultanov:
Əgər Biz istəsəydik, onların gözlərini tamamilə kor edərdik. Bu zaman onlar (doğru) yola çatmaq üçün bir-birləri ilə yarışardılar. Ancaq necə görə bilərdilər?!
Kerbelayi Malik ağa:
Əgər diləsəydik, əlbəttə gözlərini kor edərdik. O zaman yolda (sağa-sola) gedib gələrdilər. Bundan sonra necə görərlər?
Ələsgər Musayev:
Əgər Biz istəsəydik örtərdik onların gözlərini. Çalışardılar yolda qabağa düşsünlər. necə görəydilər?
A.Mehdiyev və D.Cəfərli:
Əgər istəsək onların (müşriklərin) gözlərini (tamamilə) yox edərik, onda onlar (adət etdikləri) yol(ların)da bir birini ötməyə çalışarlar. Amma haradan yolu görə bilərlər?! Necə görə bilərlər?! (Əlbəttə, görə bilməzlər. Lakin Biz bunu etmirik.)
Kövsər Tağıyev:
O gün biz onların ağızlarını möhürləyərik. Əlləri bizə danışar, ayaqları da qazandıqlarına şahidlik edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz istəsəydik, onların gözlərini silib yox edərdik onlar yenə bir-birilərini ötməyə can atardılar. Lakin (yolu) necə görəydilər?
Sabirə Dünyamalıyeva:
Əgər Biz istəsəydik, gözlərini tamamilə kor edərdik/köklərini qurudardıq, onlar da yola tökülərdilər. Artıq haradan görəcəklər ki?