Tövbə Surəsi 66. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik.
Bünyadov-Məmmədəliyev:
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
Elmir Quliyev :
Не извиняйтесь. Вы стали неверующими после того, как уверовали". Если Мы простим некоторых из вас, то непременно подвергнем мучениям остальных за то, что они стали грешниками.
Ələddin Sultanov:
Üzr istəməyin! Siz iman gətirdikdən sonra (təkrar) kafir oldunuz. Sizdən (tövbə edən) bir qrupu bağışlasaq belə, bir qrupu da günahkar olduqlarına görə cəzalandıracağıq”. (Rəvayətə görə, Həzrət Peyğəmbər Təbük səfərinə çıxarkən bir qrup münafiq Peyğəmbəri ələ salmaq üçün belə dedilər: “Buna baxın! Şam saraylarını fəth etmək istəyir. O hara, Şam saraylarını fəth etmək hara!” Onların bu hərəkətləri vəhy yolu ilə Həzrət Peyğəmbərə bildirildi. Münafiqlər çağırılıb onların üçün belə etdikləri soruşulduğu zaman öz aralarında zarafatlaşdıqlarını söylədilər. Yuxarıdakı ayələr bu hadisəyə işarə edir.)
Kerbelayi Malik ağa:
Üzrxahlıq etməyin. Siz imanınızdan sonra inkar etmişdiniz. Əgər sizdən bir qrupu bağışlasaq da günahkar olmalarına görə digər qrupa əzab edəcəyik.
Ələsgər Musayev:
Üzr istəməyin! Siz imanınızdan sonra kafir oldunuz. Əgər sizdən bir tayfanı bağışlasaq, digər tayfanı əzab edəcəyik, çünki onlar cərimə olunmuş oldular!
A.Mehdiyev və D.Cəfərli:
Daha üzr bəhanə gətirməyin, doğrudan da siz imanınızdan sonra kafir oldunuz (zahiri imandan sonra küfrünüz aşkar oldu)! Əgər sizdən bir dəstəni (tövbələrinə görə) bağışlasaq da, digər bir dəstəyə əzab verəcəyik. Çünki onlar günahkar olublar.
Kövsər Tağıyev:
Əbəs yerə üzr istəməyin! Çünki siz (dildə) iman etdikdən sonra küfrünüzü aşkara çıxardınız. Sizdən (tövbə edən) bir zümrəni əfv etsək belə, günahlarında israr etmələri səbəbi ilə başqa bir zümrəyə əzab verəcəyik.
M.Qənioğlu və T.Bilaloğlu:
Üzr istəməyin! Artıq iman gətirəndən sonra da siz küfr etdiniz. Sizdən bir dəstəni bağışlasaq da, günah işlətdiyinə görə o biri dəstəyə əzab verəcəyik.
Sabirə Dünyamalıyeva:
Üzr istəməyin, siz "İman etdik" dedikdən sonra həqiqətən küfr işlədiniz [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etdiniz]. Sizdən bir qisminizi bağışlasaq da, şübhəsiz ki, günah işləyən kəslər olduqları üçün digər qisminizi əzaba düçar edəcəyik.