Əlixan Musayev:
Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də (ruzi qazanmanız üçün) işıqlı edən Odur. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Gecəni dincəlməyiniz üçün (qaranlıq), gündüzü (çalışıb ruzi qazanmağınız üçün) işıqlı edən Odur. Həqiqətən, bunda (Allah kəlamını) eşidənlər üçün (ibrətamiz) dəlillər vardır.
Elmir Quliyev
:
Он — Тот, Кто сотворил для вас ночь, чтобы вы отдыхали в течение нее, и день для освещения. Воистину, в этом — знамения для тех, кто внимает.
Ələddin Sultanov:
Dincəlməyiniz üçün gecəni yaradan, gündüzü də işıqlı edən Odur. Həqiqətən, bunda, qulaq asanlar üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
Kerbelayi Malik ağa:
Gecəni istirahət etməyiniz üçün yaradan və gündüzü görməyiniz üçün işıqlı edən Odur. Şübhəsiz ki, bunda eşidən bir qövm üçün əlbəttə ayələr vardır.
Ələsgər Musayev:
O–Odur ki, etdi gecəni
dincəlməyiniz və gündüzü görməyiniz üçün. Həqiqətən, bunda
eşidən qoum üçün ayətlər var!
A.Mehdiyev və D.Cəfərli:
Gecəni sizin dincəlməyiniz üçün yaradan və gündüzü (işlə və çalışmaqla məşğul olmağınız üçün) aydınlıq edən Odur! Həqiqətən bunda (bu yaradılış və idarəetmədə) eşidən bir dəstə üçün (Onun qüdrət, hikmət və rəhmətindən) nişanələr vardır.
Kövsər Tağıyev:
O, içində dincələsiniz deyə gecəni sizin üçün (qaranlıq), gündüzü isə aydınlıq edəndir. Şübhəsiz, bunda eşidən bir qövm üçün ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Gecəni sizin rahatlığınız üçün və gündüzü göz açıb (çalışmaq) üçün yaradan Odur. Həqiqətən, bunda eşidən adamlar üçün ibrətlər vardır.
Sabirə Dünyamalıyeva:
Allah, dincəlməyiniz üçün gecəni, görəsiniz; araşdırıb məna edəsiniz deyə də gündüzü var edəndir. Şübhəsiz ki, bunda qulaq asan bir tayfa üçün işarətlər/nişanələr vardır.