Əlixan Musayev:
Zülm edənləri isə qorxunc bir səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.
Bünyadov-Məmmədəliyev:
O zülm edənləri qorxunc (tükürpədici) bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında həlak oldular).
Elmir Quliyev
:
А беззаконников поразил ужасный вопль, и они оказались повергнуты ниц в своих домах,
Ələddin Sultanov:
O qorxunc səs zalımları bürüdü və onlar öz yurdlarında diz üstə çöküb qaldılar.
Kerbelayi Malik ağa:
Zülm edən kəsləri bir seyhə (çox qüvvətli qorxunc səs) yaxaldı (həlak etdi). Beləcə öz yurdlarında diz üstə çöküb qaldılar.
Ələsgər Musayev:
O kəslər ki, zalim idilər, tutdu onları
şiddətli səs və sübh etdilər öz diyarlarında üzü üstə düşmüş
halda,
A.Mehdiyev və D.Cəfərli:
Və zülm etmiş kəsləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə, öz evlərində diz çöküb üzü üstə düşmüş ölülər oldular.
Kövsər Tağıyev:
Zülm edənləri o qorxunc uğultulu səs yaxaladı, yurdlarında diz üstə çöküb qaldılar.
M.Qənioğlu və T.Bilaloğlu:
O zalımları qorxunc bir hayqırtı yaxaladı və onlar öz evlərində üzüquylu düşüb qaldılar,
Sabirə Dünyamalıyeva:
Və şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəsləri qorxunc bir gurultu yaxaladı, öz evlərində diz üstə çöküb qaldılar.