Əlixan Musayev:
Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır.
Elmir Quliyev
:
Из плодов финиковых пальм и виноградников вы получаете опьяняющий напиток и добрый удел. Воистину, в этом — знамение для людей размышляющих.
Ələddin Sultanov:
Xurma və üzümün meyvələrindən də içki və gözəl qidalar əldə edirsiniz. Şübhəsiz ki, bunda düşünənlər üçün bir dəlil vardır. (Bu ayə hələ spirtli içkilər haram edilmədən əvvəl Məkkədə nazil olmuşdur. Daha sonra nazil olan ayələrlə içki bir mənalı olaraq haram edilmişdir.)
Kerbelayi Malik ağa:
Xurma və üzümdən şəkər (xurma şərbəti, üzüm suyu) və gözəl bir ruzi əldə edərsiniz. Şübhəsiz ki, bunda ağıl ilə düşünən bir qövm üçün əlbəttə bir ayə vardır.
Ələsgər Musayev:
Və səməratından
xurmanın və üzümün əldə edirsiniz məstedici içki və yaxşı
ruzilər. Həqiqətən, bunda əql edən qoum üçün ayətlər var.
A.Mehdiyev və D.Cəfərli:
Xurma və üzüm ağaclarının meyvələrindən (pak olmayan) məstedici mayelər və həmçinin gözəl və pak ruzi alırsınız. Həqiqətən bunda (onların bitmələri, məhsul vermələri və mənfəətlərində) öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və hikmətinə dair) nişanə vardır.
Kövsər Tağıyev:
Xurma ağaclarının meyvələrindən və üzümlərdən həm içki, həm də gözəl bir ruzi əldə edirsiniz. Əlbəttə, düşünən bir toplum üçün bunda bir ibrət var.
M.Qənioğlu və T.Bilaloğlu:
Xurma ağacı və üzüm tənəyi meyvələrindən səkər (məstedici içki) və gözəl ruzilər alırsınız. Həqiqətən, anlayan adamlar üçün bunda bir ibrət vardır.
Sabirə Dünyamalıyeva:
Və xurma ağaclarının meyvələrindən və üzümlərdən -siz ondan içki və gözəl ruzi əldə edirsiniz- sizə içirdirik. Şübhəsiz ki, bunda ağlını işlədən bir qövm üçün həqiqətən bir işarət/nişanə var.